Elçin Əfəndiyevin “Sənətkarın taleyi” tamaşası nümayiş olundu

Elçin Əfəndiyevin “Sənətkarın taleyi”  tamaşası nümayiş olundu
15 may 2026
# 10:30

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşa yazıçının doğum günü münasibətilə təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadədir. Kostyum üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatının müəllifi Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur. İşıq üzrə rəssam Nikolay Rudıçev, quruluşçu rəssam isə Mustafa Mustafayevdir.

Tamaşada Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Natavan Hacıyeva, Firdovsi Atakişiyev, Elmira Aslanova, Teymur Rəhimov, Murad Məmmədov, aktrisa Dilarə Nəzərova və başqaları iştirak edirlər.

Tamaşa görkəmli Azərbaycan aktyoru və rejissoru Hüseyn Ərəblinskinin həyat və yaradıcılığına həsr olunub. Adı milli teatr sənətinin tarixinə qızıl hərflərlə yazılmış aktyorun faciəli və bir çox məqamları sirli qalan taleyi dərin bədii araşdırma predmetinə çevrilir.

Dramaturq və rejissor İranə Tağızadə Ərəblinskinin bioqrafiyasının ən müəmmalı səhifələrindən birinə – onun naməlum şəraitdə həlak olmasına müraciət edir. Aktyorun ölüm səbəbi bu günədək məlum deyil və bu da çoxsaylı versiyaların, şayiələrin və əfsanələrin yaranmasına səbəb olub. Həmin versiyalar arasında aşiq bir qadının, ehtimal ki, qrafinyanın hadisədə iştirak etməsi, eləcə də qohumları ilə münaqişə versiyası da yer alır.

# 72 dəfə oxunub

Oxşar xəbərlər

Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"

Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"

16:43 14 may 2026
Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

10:40 13 may 2026
Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

16:11 12 may 2026
"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

11:23 12 may 2026
Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

14:47 7 may 2026
“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər