Qodarın “Öz həyatınla yaşa” filmi nümayiş olunacaq

Qodarın “Öz həyatınla yaşa” filmi nümayiş olunacaq
14 noyabr 2012
# 18:48
Gənc Film İstehsalçıları Assosiasiyası Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fokus” Yaradıcı Gənclərin Kino Evi layihəsinə başlayır. Layihə çərcivəsndə dünya kino klassikasının və milli filmlərin baxışları nəzərdə tutulub. Layihənin əsas məqsədlərindən biri gənclərdə intellektual kino zövqünün və diskussiya mədəniyyətinin formalaşmasıdır.

Baxışların orjinal formatda keçməsi üçün filmləri tanınmış art yazarlar təqdim edəcək. Noyabr –dekabr ayına planlanmış baxışlardakı filmləri yazarlar Aygün Aslanlı, Sevda Sultanova və filosof Teymur Daimi təqdim edəcəklər.

Layihənin əsas fokus qrupu gənclərdir. Layihə müəllliflərinin fikrincə, baxışların Kino Evi formatında təşkili prinsipial məsələdir. Baxışlar təsadüfi yox, konseptual və ardıcıl olmalıdır. Kino Evi kreativ və intellektual fikrin inkişaf etməsi üçün münbit müstəvidir. Yaradıcı gənclərə ünvanlanmanın səbəbi kinomuzun bu günkü problemlərindən doğur.

Azərbaycan kinosunda yeni nəslin tam hüquqla gəlməməsinin əsas səbəbi müxtəlif yaradıcı peşələr arasında yaradıcı bağların qurulmamasıdır.

Kino rejissorların ədəbiyyatçılarla, ədəbiyyatçıların rəssamlarla, rəssamların kino yazarları ilə kontakt qurması üçün və bu əlaqələrin yeni yaradıcı məhsula çevirə bilən məkan lazımdır. Kino Evi formatı bunun üçün çox əlverişlidir.

Layihə çərçivəsində ilk kino baxış noyabrın 17-də saat 18.00-da Hökumət evinin binasında baş tutacaq. Dünya kinosunda inqilabi dalğa yaratmış tanınmış rejissor Jan Lük Qodarın “Öz həyatınla yaşa” filmi nümayiş olunacaq. Nümayişin qonağı yazar Sevda Sultanovadır.

Layihənin partnyorları Azərbaycan Kinematoqrafçılar İttifaqı, “Buta” Film Kino şirkəti, informasiya dəstəyi Cineline.az saytı və ”Kinomansan?” facebook səhifəsidir.

Giriş sərbəstdir.
# 2283 dəfə oxunub

Oxşar xəbərlər

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

15:00 31 mart 2026
Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
Rikoşet - Vüqar Vanın yeni hekayəsi

Rikoşet - Vüqar Vanın yeni hekayəsi

12:00 31 mart 2026
"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

12:00 30 mart 2026
Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

15:00 29 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər