Dövlət başçısı: "Azərbaycan tarixən həmişə multikultural ölkə olub"

Dövlət başçısı:  "Azərbaycan tarixən həmişə multikultural ölkə olub"
27 oktyabr 2026
# 10:20

Azərbaycan tarixən həmişə multikultural ölkə olub.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“Mədəniyyətlərarası və dinlərarası münasibətlərlə bağlı məsələlər gündəliyimizin əsas prioritetləri sırasındadır. Azərbaycan tarixən həmişə multikultural ölkə olub. Biz Avropa ilə Asiyanın arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı və yüksək qiymətləndirdiyi dəyərlərdir. Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biri də cəmiyyətimizdəki həmrəylik və harmoniyadır. Bütün etnik qrupların və dinlərin nümayəndələri Konstitusiyamıza uyğun olaraq eyni hüquqlardan istifadə etməklə yanaşı, vahid ailə kimi yaşayırlar”, - dövlət başçısı qeyd edib.

# 93 dəfə oxunub

Oxşar xəbərlər

Minillik tarixə malik tikili parçası Hollivud filmlərini geridə qoydu

Minillik tarixə malik tikili parçası Hollivud filmlərini geridə qoydu

11:00 27 oktyabr 2026
Türkiyəli sosial media fenomeninin vəziyyəti pisləşdi - Səbəb

Türkiyəli sosial media fenomeninin vəziyyəti pisləşdi - Səbəb

10:30 27 oktyabr 2026
Prezident İlham Əliyev  VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir

10:17 27 oktyabr 2026
Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər