Bu gün irland şair Trevor Coysun doğum günüdür.
Kulis.az onun avanqard şeirlərini sətri tərcümədə təqdim edir.
daş
insan
səma
üç qat
düzülüb
rəng
süzülür
qat-qat
aşağı
hava işıldayır
şəffaf
çöküntülər
dumanlanır
insan
hissləri
ağlabatan
olduqca
yaddaş
ağır bir
yükdür
səma
ucaldır
işığı
soyuq quyular
qaranlığa qərq olur
ürək
çoxkameralı
yaşayış yeridir
vay canına,
bax, onlar
gəlir
arxanca düşüb
əzəcəklər səni
döyəcləyəcəklər
döyməc kimi...
dümdüz edəcəklər
ət kimi
emal edəcəklər
arzularını
maşınlarla
ruhunu təzədən
quracaqlar
və sən heç vaxt
kömürdən parlaq
bir şey
görməyəcəksən
fəhlələr
işi
atdı
atletlər
əl çəkdi
çarpışmaqdan
böyüklər
yumşaltdı
zülmünü
boş gəzənlər
boş-bekarçılığa
son qoydu
dəhlizlərdə
zallarda
və otaqlarda
dövlət
məmurları
həbs edildi
və eşitdilər
betonun
nəriltisini
sürətlənmiş
axan su
kimi
həmişə
fərqlidir
elə deyil?
əvvəlcədən
quruluşun
eskizini
çəksən belə...
hətta bütün
uşaqlığını
yüksəkliklərdə
yaxud əl-qolun
qəfil partlayışlarını
xəyal edərək
keçirsən belə
budaqlanan
sürprizlər
və həmişə
ən uca
budaqdan
qırmızıdöş
səni şirin-şirin
yuxarı
səsləyir...
Türk dilindən tərcümə etdi: Aydan Ağayeva