Moldovada Nizaminin kitabı təqdim olunub

Moldovada Nizaminin kitabı təqdim olunub
14 noyabr 2012
# 18:38
Moldovada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupu Komrat şəhərində çıxış ediblər. Mədəniyyət və Turizm Nazirliyinin Moldovada səfərdə olan mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, paytaxt Kişinyovun "Odeon" Mədəniyyət Mərkəzində isə Azərbaycan kinosu günləri keçirilir.

Moldova sakinləri və Kişinyovda yaşayan həmvətənlərimiz noyabrın 13-də “Girov” bədii filminə tamaşa ediblər. Bu gün Moldova Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin aforizmlərindən ibarət Azərbaycan, rumın, ingilis və rus dillərində nəşr olunmuş miniatür kitabın təqdimat mərasimi keçirilib.

Şairin 870 illiyi münasibətilə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüs və dəstəyi ilə işıq üzü görmüş nəşrin təqdimetmə mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı Moldovanın tanınmış ziyalıları, incəsənət xadimləri, şair və yazıçılar, deputatlar, dövlət və hökumət nümayəndələri, səfirlər iştirak ediblər.

Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldova Azərbaycanlıları Konqresinin Prezidenti Vüqar Novruzov, kitabın rumın dilinə tərcüməçisi, tanınmış yazıçı, Moldova parlamentinin deputatı İon Xadırke və başqaları bir daha Nizami dühasından söz açaraq və nəşrin əhəmiyyətini bildiriblər.

Tədbirdə Moldova Azərbaycanlıları Konqresinin yekdil qərarı ilə Konqresin xüsusi mükafatı və diplomu tanınmış yazıçı İon Xadırkeyə təqdim olunub.
# 1478 dəfə oxunub

Oxşar xəbərlər

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

10:00 7 fevral 2026
Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

15:00 6 fevral 2026
"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

15:24 5 fevral 2026
Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda  adı hallanan məşhur sənətçilər kimlərdir?

Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda adı hallanan məşhur sənətçilər kimlərdir?

12:02 5 fevral 2026
Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

10:00 5 fevral 2026
Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

15:00 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər