Xalq şairi Nəriman Həsənzadənin adından saxta səhifələr açılır - RƏSMİ AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin adından saxta səhifələr açılır - RƏSMİ AÇIQLAMA
9 oktyabr 2026
# 14:12

Mərhum Xalq şairi Nəriman Həsənzadənin adından sosial şəbəkələrdə saxta səhifələr yaradılıb. Həmin səhifələrdən bəziləri şairin ailəsinə aid olduğu təəssüratını yaradır.

Bu barədə Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost Kulis.az-a açıqlama verib.

Açıqlamada bildirilib ki, son zamanlar sosial şəbəkələrdə Xalq şairinin adı ilə əlaqələndirilən, onun ailəsinə aid olduğu təəssüratı yaradan saxta səhifələrin yaradıldığı müşahidə olunur.

Qeyd edilib ki, rəsmi sosial media hesabları və veb-sayt istisna olmaqla, digər səhifələrin Nəriman Həsənzadəyə və onun ailəsinə heç bir aidiyyəti yoxdur. Həmin səhifələrdə yayılan məlumatlar rəsmi məlumat kimi qəbul edilməməlidir.

Arif Mehmandost ictimaiyyətə müraciət edərək izləyiciləri bu cür səhifələrdən yayılan məlumatlara qarşı diqqətli olmağa çağırıb. Bildirilib ki, şübhəli hesabların paylaşdığı məlumatlara inanmaq, onların göndərdiyi mesajlara cavab vermək və şəxsi məlumatları həmin səhifələrlə bölüşmək düzgün deyil.

Açıqlamada izləyicilərə saxta hesabları bloklamaq və müvafiq sosial media platformasına şikayət etmək tövsiyə olunub. Bu addımların atılması sosial şəbəkələrdə yanlış məlumatların yayılmasının qarşısının alınması baxımından vacib hesab olunur.

Nəriman Həsənzadə ilə bağlı rəsmi məlumatları hansı mənbələrdən əldə etmək olar?

Açıqlamada vurğulanıb ki, Xalq şairi Nəriman Həsənzadə ilə bağlı doğru və etibarlı məlumatları yalnız aşağıdakı rəsmi mənbələrdən əldə etmək lazımdır:

Bildirilib ki, bu mənbələrdən başqa, Nəriman Həsənzadənin və onun ailəsinin adından fəaliyyət göstərən səhifələrə ehtiyatla yanaşılmalı, həmin hesablarda yayılan məlumatlar rəsmi açıqlama kimi qəbul edilməməlidir.

Açıqlamanın sonunda ictimaiyyət yanlış məlumatlardan qorunmağa, saxta səhifələrə qarşı diqqətli və həssas olmağa çağırılıb. Bu çağırışın həm də Nəriman Həsənzadənin əziz xatirəsinə hörmətin qorunması məqsədi daşıdığı vurğulanıb.

Arif Mehmandost rəsmi mənbələrə üstünlük verən, saxta səhifələrin yayılmasının qarşısının alınmasına dəstək göstərən hər kəsə anlayış və diqqətinə görə təşəkkür edib.

# 135 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sənətçilərin 10 illik evliliyi sonlanır - Səbəb

Tanınmış sənətçilərin 10 illik evliliyi sonlanır - Səbəb

14:30 9 oktyabr 2026
Beynəlxalq səyyahlar Xudavəng monastır kompleksində

Beynəlxalq səyyahlar Xudavəng monastır kompleksində

13:45 9 oktyabr 2026
Het imperiyasına aid mixi yazılı lövhələr tapıldı

Het imperiyasına aid mixi yazılı lövhələr tapıldı

13:30 9 oktyabr 2026
Nobel Sülh mükafatının laureatı açıqlandı

Nobel Sülh mükafatının laureatı açıqlandı

13:05 9 oktyabr 2026
Renuarın muzeyi qarət olundu

Renuarın muzeyi qarət olundu

12:30 9 oktyabr 2026
Amerikan futbolu əfsanəsinin həyatı ekranlaşdırıldı

Amerikan futbolu əfsanəsinin həyatı ekranlaşdırıldı

12:00 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər