Gecə qadın qoxuyurdu – Məryəmdən şeirlər

Gecə qadın qoxuyurdu – Məryəmdən şeirlər
14 iyul 2021
# 17:08

Kulis.az “Sözün Güneyi” layihəsindən Məryəm Qurbanzadənin şeirlərini təqdim edir.

Məryəm Qurbanzadə 1981-ci ildə Güney Azərbaycanın Maki şəhərində doğulub. “Çiyinlərimdə sərçələr su içir" adlı şeirlər kitabı yaxın günlərdə çap olunacaq.

Doğuldu
doğurdu
yırğaladı
laylay oxudu özünə
səsində sızlaya-sızlaya
doğranmağını gözlədi
və heç kim bilmədi
ağacın köksündə
solan mövsümlərin ayaq izi
həyatın qucağında yenidən doğular

Qadın kimi

Mən
bir
qadınam
doğurdum özümü
səsimdə soyuq bir iz bıçağını
böyrümdə qanatdı
tikə parçalarında ağlayan bir güzgüyəm
yaralarım qanadlarıma ağırlıq eləyir
üzümü asıram şərab tökülür yalqızlığımdan
sol cırnağına rast gəldim həyatın
doğuldum
doğurdum
doğrandım
və heç kim bilmədi ki
mən ikinci əl bir paltarın içində
ikinci əl bir törənə qatılan
ikinci əl bir cənazəyəm
- günahına ortaq axtaran birinci əl olacaq
tanrıdan başqa -
yağışda islanan bir sərçə kimi
yalqızlığıma qanad çıxarıb
üstünə sərdim özümün
və heç kim bilmədi
həyatın köksündə solan qadının
ayaq izi içində doğranar
sadəcə

2.
Çadranın
yaşmağa dönüşündən gəlirəm
çağ itkinlik çağıdır
və tarix qadının səsini göynədən ilk xaindir
arxamca gələn yalqızlığımın qorxusunu
sabahlara daşıyıram çiyinlərimdəki xaç ağırlığını
başımdakı tac titrəməsinə düyünləyir adam
mən isə tacım düşərsə imanı əldən gedər həyatın
çiyinlərim düşərsə cənnətin kilidi açılacaq
saqqallı qorxuluqlara

İLUYİ
İLUYİ
- gözüm su içmir amma
qolçağı qoynunda gəlin gedənin arxasınca
mahnı oxuyanların ürəklərindəki həyatı daşa çevir nə olar

İLUYİ
İLUYİ
pərdələri asmağa bir mələk göndər
torpaq tüpürdüyünü yalayır
və insan torpağın üstündə yaşayan qadına
həbs yaratsın deyə aya göndərir
AYƏ:
"Sözümə baxmasan vuraram”
vuruldum
cənazəmdən qayıdıram

İLUYİ
İLUYİ
qolçağı qoynunda ölən gəlinciyəzin
gözündəki həsrətin babalını kim boynuna götürməli?

3.
Haykuvari bir şeir yazırdım ancaq
sevgilisinin dalınca su tökən qızın
gülümsəməsindəki hüzn
silkələdi sözcüklərimi

4.
Gecə yalqız
gecə soyuq
gecə hüzn
gecə qadın qoxurdu
və ay parçalanmış boşqabların içində
tir-tir titryirdi

5.
Ürəyimdə anasını itirmiş bir uşaq çırpınır
ürayimdə yaşam suya gedir
ürəyimdə...
boş ver bunları tanrım
sadəcə bir soru
savaşın aşını qarışdıranları
sənmi yaratdın?

# 8209 dəfə oxunub

Oxşar xəbərlər

Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... - Məmməd İsmayılın şeirləri

Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... - Məmməd İsmayılın şeirləri

16:58 19 avqust 2025
Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

11:30 15 avqust 2025
"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

16:45 12 avqust 2025
Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri

Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri

17:00 28 iyul 2025
Güllələr demədi geri qayıdın – Günün şeiri

Güllələr demədi geri qayıdın – Günün şeiri

11:30 14 iyul 2025
Mənə tutmadığın toy unudulsun - Vüsal Yurdoğlunun şeirləri

Mənə tutmadığın toy unudulsun - Vüsal Yurdoğlunun şeirləri

18:36 11 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər