"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı
13 noyabr 2026
# 17:26

"Ulduz müharibələri" filminin V və VI epizodlarında istifadə olunan Dart Veyderin işıq qılıncı ABŞ-də keçirilən hərracda rekord qiymətə satılıb.

Kulis.az xəbər verir ki, əşya 4,8 milyon dollara (təxminən 8,16 milyon manat) alıcıya təqdim olunub.

"People" nəşrinin məlumatına görə, alət film seriyasının çəkilişlərində istifadə olunmuş və indiyədək hərraca çıxarılan ən bahalı əşyaya çevrilib.

Halbuki onun ilkin qiyməti 1 milyon dollar təşkil edib.

Qılıncdan çəkilişlər zamanı Dart Veyder obrazını canlandıran Devid Prouz və onun dublyoru Bob Anderson istifadə ediblər.

Əşya xüsusilə "İmperiya əks-hücum edir" filmindəki məşhur səhnədə istifadə olunub.

Həmin səhnədə Dart Veyder Lyuk Skayuokerin əlini kəsir və ona "Mən sənin atanınam" deyir.

# 42 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər