"Dinləmək vaxtıdır romantik müharibə xəbərlərini" - Günün şeiri

"Dinləmək vaxtıdır romantik müharibə xəbərlərini" - Günün şeiri
3 iyun 2024
# 15:00

Bu gün görkəmli ABŞ şairi Allen Qinzberqin doğum günüdür.

Kulis.az onun "Manhetten" şeirini təqdim edir.

Bəzən gözlərim qızaranda
mən Radio binasının başına çıxıram
və gözlərimi dünyama zilləyirəm,

Manhettenə -

binalarıma, məharətimi göstərdiyim küçələrimə,

çardaqlara, çarpayılara, ancaq soyuq suyu olan mənzillərə...

Həmişə ağlımda olan Beşinci Avenyu aşağıda,
Qarışqa maşınlarıyla, sarı taksiləriylə, adamlarıyla
Pambıq qozası boyda.

Körpülərin mənzərəsinə, Bruklin fabriki üzərində günəşin oyanmasına,
mənim doğulduğum Nyu Cersidə batmasına
və qarışqalarla oynadığm Patersona –
15-ci küçədəki axırıncı sevgilərimə,
Aşağı İst Sayddakı böyük sevgilərimə,
Bir zamanlar Bronksda əfsanəyə çevrilmiş sevgi əlaqələrimə,
lap uzaqlara…
bu gizlənmiş küçələrin kəsişən cığırlarında
keçən ömrümə, yoxluqlarıma
və Harlemdəki ekstaz anlarıma –
sahib olduğum hər bir şeyə günəş işıq salır.
Üfüqə yönələn bir göz qırpımı,
sonuncu ölümsüzlüyümdə −
mövcud olan təkcə su.

Kədərli halda,
Liftə minib düşürəm
aşağı düşünərək
və küçələrdə bütün insanların
gözlərinə, üzlərinə
zilləyərək baxışlarımı.
Sorğu-sual edərək sevənləri
və dayanaraq xəyallara dalıb,
maşın, dükan, pəncərə qarşısında
sakit bir düşüncənin içində itib,
Beşinci Avenyuda yuxarı-aşağı hərəkət edən maşınlar qarşımı kəsir.
O anı gözləyir, haçan ki...

Evə getmək, nahar bişirmək, dinləmək
vaxtıdır radiodakı romantik müharibə xəbərlərini
... bütün hərəkətlər donur
və mən mövcudluğun müddətsiz kədərində gəzirəm,
tikililərdən mülayimlik əsir,
barmaqlarımın ucu reallığın sifətinə toxunur,
öz sifətim güzgüdəki göz yaşlarıyla cızıqlanmış
alatoranda –
burada nə şəkərə,
nə geyimə, nə də intellekt saçan
yapon abajurlarına
ehtiyacım var
Ətrafımdakı mənzərədən çaşqınlığa düşmüşəm,
Küçənin yuxarısında
Bağlamalar, qəzet-jurnal
Qalstuk, zövqünə uyğun
gözəl paltarlarla
vurnuxan kişi.
Küçələrlə üzüaşağı axan kişi və qadın
Qırmızı işıq, eyni vaxtda irəli qaçan saatlar
və səkinin kənarında hərəkətlər –

Avenyulara birləşən
kəsişən, səs-küylü, uzun-uzadı
hündür binalar tərəfindən izlənilən,
tıxaclar, bağıran maşın və mühərriklərin
əlindən xarabalıqlara döndərilən
bütün bu küçələr.
Və bunların ağrılı əksi olaraq
kənd, bu qəbiristanlıq,
bu sükut
ölüm anında, ya da dağ
hansını ki, bir kərə gördünsə,
heç zaman geri qaytara bilməyəcəyin
ya da qəlbinin dərinliyində arzulamayacağın
Manhettenin bütünlüklə yoxa çıxmalı olduğu bir yerdir.

Tərcümə: Svetlana Turan

# 1550 dəfə oxunub

Oxşar xəbərlər

Ana yurdum, hər daşına üz qoyum... - Məmməd Araz

Ana yurdum, hər daşına üz qoyum... - Məmməd Araz

13:31 7 yanvar 2026
Səni niyə belə sevdim? - Vaqif Bayatlı Odər

Səni niyə belə sevdim? - Vaqif Bayatlı Odər

11:21 7 yanvar 2026
Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

16:30 6 yanvar 2026
Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

13:15 5 yanvar 2026
Ölü əsgər haqqında ballada - Bertold Brext

Ölü əsgər haqqında ballada - Bertold Brext

12:11 5 yanvar 2026
Ay mənim yеriyən ağcaqayınım... - Sergey Yeseninin şeirləri

Ay mənim yеriyən ağcaqayınım... - Sergey Yeseninin şeirləri

15:00 28 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər