"Caz musiqisi sürətləndirilmiş bir laqeydlik formasıdır..." - Fransuaza Saqan

"Caz musiqisi sürətləndirilmiş bir laqeydlik formasıdır..." - Fransuaza Saqan
21 iyun 2026
# 11:30

Bu gün tanınmış fransız yazıçı və ssenarist Fransuaza Saqanın doğum günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.

Mənim üçün yazmaq müəyyən bir ritm tapmaq məsələsidir. Bunu caz ritmləri ilə müqayisə edirəm. Çox vaxt həyat üç personajın ritmik ardıcıllığından ibarət olur. İnsan özünə həyatın belə olduğunu təlqin edəndə, hər şey gözünə daha az təsadüfi görünür.

Mən insanları təsvir edərkən mütləq dəqiqlik axtarmıram. Xəyali personajlara bir növ həqiqət hissi verməyə çalışıram. Tanıdığım insanları romanlarıma daxil etmək məni darıxdırıb öldürərdi. Mənə elə gəlir ki, iki cür hiyləgərlik var: insanların bir-birinin qarşısında taxdıqları 'maskalar' və bir yazıçının reallığın simasına çəkdiyi "pərdə".

Sənət reallığı qəfildən yaxalamalıdır. O, bizim üçün sadəcə bir andan, üstəgəl növbəti andan və daha bir andan ibarət olan anları götürür və onları özbaşına şəkildə böyük bir duyğunun bir arada tutduğu xüsusi anlar silsiləsinə çevirir. Mənə elə gəlir ki, sənət "real" olanı özünə əsas məqsəd seçməməlidir.

Mən heç vaxt mənəvi mühakimələr yürütmürəm. Bir insan haqqında deyə biləcəyim tək şey onun qəribə, şən və ya hər şeydən əvvəl bezdirici olmasıdır. Personajlarımın lehinə və ya əleyhinə mühakimə yürütmək məni dözülməz dərəcədə daxısdırır; bu, məni qətiyyən maraqlandırmır. Bir romançı üçün yeganə mənəviyyat onun estetikasının mənəviyyatıdır.

Heç kim, bəli, tamamilə heç kim - sevmədiyi və ya sevilmədiyi təqdirdə yataqda özünü "yaxşı" apara bilməz — bu isə nadir hallarda reallaşan iki şərtdir.

Sevginin yolları istər uşaqca, istər cinsi, istər şəfqətli, sadist, erotik, istərsə də pıçıltılı olsun — hamısı eynidir. Bu, sadəcə olaraq anlamaq, hər şeydən əvvəl özünü anlamaq məsələsidir: yataqda, günün günorta çağı, dəlilər kimi və ya qətiyyən sevmədən, kölgədə, günəş işığında, çarəsizlikdə və ya yemək masası arxasında. Əks təqdirdə, heç birinin mənası yoxdur. Heç birinin. Və hələ sağ ikən, yəni hələ zövq verə bildiyimiz bu müddətdə yaşamaq üçün qalan az vaxtımızı və gündəlik həyatın çevrildiyi bu nəhəng, ağılsız xaosda düşünmək (yaxud eləmiş kimi görünmək) üçün qalan bu az zamanı — hansı ki, bu xaos qaçılmaz, idarəolunmaz və hər hansı bir mədəni insan üçün həqiqətən qəbuledilməzdir — mütləq şəkildə bölüşməliyik.


Yalan danışmaq insanın təxəyyülünü və yaradıcılıq qabiliyyətini stimullaşdırır.

İnsanları dəli edən şey şübhə deyil, qətiyyətdir (şübhəsizlikdir).

Sevdiyiniz bir qadının münasibətdə artıq sizi sevmədiyi bir mərhələyə çatması və buna baxmayaraq, sizin ona heç vaxt nifrət edə və ya xor baxa bilməməyiniz çox nadir rast gəlinən bir haldır.

Biz həmişə pis rəftar etdiyimiz bir insanın şən olmasını istəyirik. Belə olanda daxilən daha az narahat oluruq.

Caz musiqisi sürətləndirilmiş bir laqeydlik formasıdır.


O, əvəzolunmaz olmaq istəyir; hər bir qadının istədiyi şey məhz budur...

# 1922 dəfə oxunub

Oxşar xəbərlər

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

14:54 5 noyabr 2026
"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

11:10 4 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

09:40 3 noyabr 2026
"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

15:00 2 noyabr 2026
"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

14:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər