"Evdə yoxam" təqdim edildi

"Evdə yoxam" təqdim edildi
11 iyun 2018
# 10:05

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair İntiqam Yaşarın "EVDƏ YOXAM" kitabının təqdimat mərasimi keçirilib.

Kulis.azın məlumatına görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və M.F.Axundov adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə "Açıq kitabxana" bölməsində baş tutan təqdimat mərasimini giriş sözü ilə kitabxananın direktor müavini Ədibə İsmayılova açıb.

O, Azərbaycan ədəbi gəncliyindən İntiqam Yaşarın özünəməxsus yeri və üslübu olduğunu bildirib.Daha sonra Ədibə İsmayılova tədbirin moderatorluğunu tanınmış yazıçı Kənan Hacıya həvalə edib.

Təqdimatda çıxış edən AYB-nin gənclər üzrə katibi Rəşad Məcid İntiqam Yaşarın yaradıcılığı ilə hələ uzun illər əvvəl tanış olduğunu deyib. O müəllifin yaradıcılığında orijinal misraların yeni dövr ədəbiyyatımızda özünəməxsus izlər buraxdığını xüsusi vurğulayıb.

Daha sonra söz alan Xalq artisti Eldost Bayram gənc şairin bir neçə şeirini səsləndirib.

Dünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı İntiqam Yaşarın milli ruhda yazılan şeirlərini ədəbiyyatımızda yeni cığır adlandırıb.

Tədbirdə çıxış edən tanınmış ədəbiyyat nümayəndələrindən Musa Ələkbərli, Süleyman Abdulla, Esmira Məhiqızı, Fərqanə Mehtiyeva, Tural Turan, Ümid Nəccari, Emil Rasimoğlu, Taleh Mansur, Yeqzar Cəfərli, Xəzər Süleymanlı, Şahanə Müşfiq və digərləri müəllifə gələcək yaradıcılığında uğurlar arzulayıblar.

Müəllif tədbirdə iştirak edən ədəbiyyat və media nümayəndələrinə, təşkilatçılara, oxuculara öz minnətdarlığını bildirib.

Sonda kitabın imzalanma mərasimi keçirilib və xatirə şəkili çəkilib.

# 3351 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər