Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?
26 may 2025
# 18:20

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Atası varlı tacir olub. İlyas Əfəndiyev 7 yaşında olarkən atasını itirib. Anası ərə getməyərək ömrünü dörd oğlu və bir qızına həsr edib.

***

Sovet dövründə, 30-cu illərdə ailəsi ciddi təqiblərə məruz qalmış, ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri “xalq düşməni” kimi güllələnmiş, bəziləri həbs edilərək sürgün olunmuşdur.

***

İlyas Əfəndiyev kimdir? - TurkicWorld

Yazıçı o dövrün ağrılarını bu cür xatırlayırdı:

“Ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar”.

***

Yazıçı atasına zəhər verilərək öldürüldüyünü deyirmiş.

***

Çətin günlər keçirən ailə Şuşaya köçür. Uşaqlıq illərinin müəyyən hissəsi Şuşada keçdiyindən yazıçının yaradıcılığında Şuşa və Qarabağ mövzusu mühüm yer tutub.

Əsrlərin, nəsillərin müasiri - İlyas Əfəndiyev | Kaspi.az

***

Yazıçılar İttifaqının katibi işləyib. Amma uzun sürməyib. İşindən istefa verib. Yazıçı səbəbini belə açıqlayıb: “Ədəbiyyat kolxozu tərifləməkdən ibarət deyil”.

***

Yazıçı müəyyən zaman içində rəsmi işlərdə çalışsa da bu uzun çəkməyib. Daha sonra ancaq yaradıcılıqla məşğul olub, rəsmi işlərdən imtina edib.

***

Bir dəfə orta məktəbdə oxuyanda sinif yoldaşı ilə Azərbaycandan qaçmaq istəyirlər. Sübh tezdən Arazı keçib, İrana getmək fikrində olurlar. Ancaq gələcəyin yazıçısı ansını düşünərək getməkdən vaz keçir. Sinif yoldaşı isə Arazı keçir və 50 il ondan xəbər çıxmırş. 50 ildən sonra Məhəmməd adlı həmin dostunun Türkiyədə yaşadığı bəlli olur.

***

O, Dövlət mükafatı ilə təltif olunsa da, Xalq yazıçısı adını alsa da, əsərləri ən böyük teatrlarda səhnəyə qoyulsa da, ata-babası repressiya edildiyi üçün heç vaxt Kommunist Partiyasının üzvü olmayıb.

***

Xalq yazıçısı qəfil arıqlamağa başlayır. Həkimlər ona xərçəng diaqnozu qoyurlar. Ancaq sonradan məlum olur ki, sadəcə bağırsaqları dolaşıqdır. Əməliyyatla hər şey düzəlir, amma yazıçı ömrünün sonunacan pəhriz saxlamalı oldu. Bundan sonra 17 il yaşayan İlyas Əfəndiyev 82 yaşında dünyasını dəyişir.

İlyas Əfəndiyev – 102 - Oxu.az

***

Əlində yarımçıq qalan son yazısı müğənni həmyerlisi Qəndab Quliyev haqqında məqalə olub.

# 278 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?

Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?

18:36 27 may 2025
Xalq artisti  həbs olundu

Xalq artisti həbs olundu

18:20 27 may 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:00 27 may 2025
Meyxanaçı Kərimin son vəziyyəti: "Ancaq nəfəsi gedib-gəlir"

Meyxanaçı Kərimin son vəziyyəti: "Ancaq nəfəsi gedib-gəlir"

15:56 27 may 2025
Xanəndə Aqil Məlikov:  "Ehsan vermək üçün bankdan kredit götürürlər" - Müsahibə

Xanəndə Aqil Məlikov: "Ehsan vermək üçün bankdan kredit götürürlər" - Müsahibə

15:37 27 may 2025
“Nağıllar aləmi İçərişəhər”  adlı uşaq festivalı təşkil olunacaq

“Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı təşkil olunacaq

14:51 27 may 2025
# # #