Bəstəkarlar İttifaqında milli fantastika filmi müzakirəyə çıxarıldı

Bəstəkarlar İttifaqında milli fantastika filmi müzakirəyə çıxarıldı
30 aprel 2026
# 15:29

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) milli kinomuzun fantastika janrında çəkilmiş ilk "Əlaqə" (1989) bədii filminin nümayişi və müzakirəsi keçirilib.

Kulis.az xəbər verir ki, 1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Əlaqə" filmi həm süjet xətti, həm də vizual həlli ilə dövrünün qabaqcıl ekran əsərlərindən hesab olunur.

Rejissor Cahangir Zeynallının quruluş verdiyi, ssenarisi Xalq yazıçısı Anara məxsus olan bu film, bəşəri sualları – insanların bir-biri ilə ünsiyyət qura bilməməsi, yadlaşma və mənəvi "əlaqə" axtarışını fantastik elementlərlə təqdim edir.

Tədbirin aparıcı-moderatoru, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxış edərək film haqqında maraqlı faktları diqqətə çatdırıb. O vurğulayıb ki, filmin bu qədər təsirli alınmasında Xalq artisti Firəngiz Əlizadənin musiqisi müstəsna rol oynayır. Filmin musiqi dili ekran qarşısındakı tamaşaçını həm kosmik naməlumluğa, həm də insanın daxili aləminin dərinliklərinə səyahət etdirir.

Nümayişdən sonra keçirilən müzakirələrdə filmin əsas qayəsi olan sülh, anlaşma və insanın kainatdakı yeri mövzularına toxunulub. Qeyd olunub ki, filmin afişasında yer alan “Başqa planetlərin sakinləri ilə əlaqə yaratmaq üçün inadla yollar axtarırıq, amma yer üzündə insanların bir-biri ilə əlaqəsi varmı?” sualı bu gün də öz aktuallığını qoruyub saxlayır.

Filmin rejissoru Cahangir Zeynallı, ssenari müəllifi Anar, bəstəkarı Firəngiz Əlizadə, operatoru Kənan Məmmədovdur. Rollarda isə İlqar Həsənli, Rafiq Əliyev, Aliyə Əliyeva, Fikrət Məmmədov və digərləri çəkilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 1980-ci illərin sonunda çəkilməsinə baxmayaraq, "Əlaqə" filmi həm texniki həlli, həm də fəlsəfi yükü ilə müasir tamaşaçı üçün də olduqca maraqlıdır. Bəstəkarlar İttifaqında təşkil olunan bu cür nümayişlər gənc nəslin milli kino tariximizi və bu filmlərdəki keyfiyyətli musiqi irsini tanıması baxımından böyük əhəmiyyət kəsb edir.

# 757 dəfə oxunub

Oxşar xəbərlər

2 avqust Azərbaycan Kinosu Günüdür

2 avqust Azərbaycan Kinosu Günüdür

11:30 2 avqust 2026
Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
"O" filmi  fərqli formatda təqdim olunacaq

"O" filmi fərqli formatda təqdim olunacaq

15:45 31 iyul 2026
Dünya komediyasının məşhur komissarı  - Lui de Fünesin 3 məşhur rolu

Dünya komediyasının məşhur komissarı - Lui de Fünesin 3 məşhur rolu

15:30 31 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin qalibləri müəyyən olundu

“Sən, ey uşaqlıq” müsabiqəsinin qalibləri müəyyən olundu

13:50 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər