Coli və Kluni Epşteynlə bağlı serialda

Coli və Kluni Epşteynlə bağlı serialda
30 aprel 2026
# 15:08

Hollivudun iki ulduzu – Corc Kluni və Ancelina Coli bütün dünyanı lərzəyə salan Ceffri Epşteynin pedofiliya şəbəkəsindən bəhs edən yeni mini-serialda bir araya gələcək.

Kulis.az xəbər verir ki, layihədə Kluni qalmaqallı milyarder Ceffri Epşteynə, Coli isə onun cinayətkar şəriyinə həyat verəcək.

"Sony Pictures" studiyasının rəhbərliyi ilə ərsəyə gələcək ekran işinin yaradıcıları hesab edirlər ki, bu qaranlıq cütlüyün məhz dünya miqyaslı ulduzlar tərəfindən canlandırılması layihənin təsirliliyi və uğuru üçün həlledici detaldır.

Çəkilişləri hələ təzəlikcə gündəmə gəlsə də, psixoloji triller janrında olan bu serial artıq indidən kinomanlar tərəfindən "bütün zamanların ən yaxşı serialı" adlandırılmağa başlanıb.

Britaniyanın məşhur "Sunday Express" nəşrinin yaydığı məlumata görə, istehsalçılar Corc Kluninin bənzərsiz xarizmasına böyük ümid bəsləyirlər. Aktyorun "Netflix"də yayımlanan "Jay Kelly" filmindəki uğurlu çıxışından sonra onun Epşteyn kimi ağır və narsist bir xarakterin öhdəsindən asanlıqla gələcəyinə heç kimdə şübhə qalmayıb. Hollivudun ən çox müzakirə olunan aktrisalarından olan Ancelina Coli isə ekran işində hazırda dəmir barmaqlıqlar arxasında yatan Qisleyn Maksvellin (Epşteynin şəriki) obrazını yaradacaq.

Ekran əsərinin aktyor heyətində başqa məşhur simaların da yer alacağı gözlənilir. Məsələn, Donald Tramp obrazını usta aktyor Alek Bolduinin, Şahzadə Endryu Mauntbatten-Vindzor rolunu isə britaniyalı ulduz Maykl Şinin oynayacağı bildirilir.

Qeyd edək ki, ssenarisi Yuli K. Braunun 2021-ci ildə işıq üzü görən "Ədalətin sapması: Ceffri Epşteyn hekayəsi" adlı kitabına əsaslanan bu mini-serial, ilk növbədə hüquq sisteminin boşluqlarını hədəf alacaq. Süjet xətti xüsusilə Epşteynin 2008-ci ildəki ilk həbsi zamanı ədalətdən yayınaraq necə cüzi bir cəza ilə canını qurtara bilməsi faktı üzərində qurulacaq.

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

15:45 30 aprel 2026
Mabel Matizin həbsi tələb olunur

Mabel Matizin həbsi tələb olunur

14:32 30 aprel 2026
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə müsahibə

“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə müsahibə

14:15 30 aprel 2026
“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

13:50 30 aprel 2026
Oğlan kimi böyüdülən rəqqasə necə əfsanəyə çevrildi?

Oğlan kimi böyüdülən rəqqasə necə əfsanəyə çevrildi?

13:20 30 aprel 2026
İzmir və Antalyada Azərbaycan rəssamlarının sərgiləri açılacaq

İzmir və Antalyada Azərbaycan rəssamlarının sərgiləri açılacaq

13:00 30 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər