Nurəddin Kazımovun 100 illiyi münasibətilə sərgisi istifadəçilərə təqdim olundu

Nurəddin Kazımovun 100 illiyi münasibətilə sərgisi istifadəçilərə təqdim olundu
28 aprel 2026
# 15:08

Tanınmış pedaqoq, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, professor Nurəddin Kazımovun anadan olmasının 100 illiyi münasibətilə “Əməkdar elm xadimi Nurəddin Kazımov-100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgidə alimin pedaqogikanın nəzəri-metodoloji məsələləri, pedaqoji prosesin təşkili və tərbiyə problemləri, ali məktəbdə pedaqoji prosesin təşkili və idarə olunması mövzularına həsr olunmuş əsərləri, dərs vəsaitləri, monoqrafiyaları, elmi məqalələri, metodik vəsaitləri, tərcümələri, redaktoru olduğu nəşrlər, həmçinin alimin həyat və fəaliyyətini əks etdirən ədəbiyyatlar nümayiş olunur.

Nurəddin Kazımovun əsas elmi və pedaqoji əsərləri arasında “Nurlu yol” (1983), “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983), “Ali məktəb pedaqogikası” (1999), “Milli pedaqogika yollarında” (2001), “Məktəb pedaqogikası” (2002), on altı cilddən ibarət “Seçilmiş əsərlər” (2011) və digər kitablar yer alır.

# 752 dəfə oxunub

Oxşar xəbərlər

Mark Zukerberqi hədəf alan film çəkiləcək

Mark Zukerberqi hədəf alan film çəkiləcək

18:30 27 avqust 2026
Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri Astanada

Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri Astanada

18:20 27 avqust 2026
Tarixi Vilyena xəzinəsi qarət edildi

Tarixi Vilyena xəzinəsi qarət edildi

17:50 27 avqust 2026
Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? - Lalə Bağırova

Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? - Lalə Bağırova

17:00 27 avqust 2026
Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq

Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq

16:30 27 avqust 2026
İspaniyada pomidor festivalı keçirildi - Fotolar

İspaniyada pomidor festivalı keçirildi - Fotolar

16:00 27 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər