Dünyada tək bircə qalan şəkildi... - Günün şeiri

Dünyada tək bircə qalan şəkildi... - Günün şeiri
1 may 2026
# 11:30

Bu gün şair Fərqanə Mehdiyevanın anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Şəkildi" şeirini təqdim edir.

Hərdən yana-yana töküb baxıram,
Deyirəm..eh..bu da filan şəkildi.
Gənclik həsrətilə yanıb,qovrulan
Bənizi saralan, solan şəkildi.

Ayıl xəyallardan, azca bəri düş,
Hərəsi bir cürə sifəti dönmüş.
Çiynində günlər var... anası ölmüş
İllərdən-illərə qalan şəkildi.

Bircə söz soruşum…gör nə deyəcək
Sözə çevriləcək, şeirə dönəcək.
Nə vaxtsa, daş üstən gülümsəyəcək
İndidən gözləri dolan şəkildi.

Gözündə eynək yox, əlində əsa,
Atam çəkdirmişdi bir vaxt hardasa.
Anam yox, qaldırıb divardan asa
Ruhu yağmalanmış, talan şəkildi.

Ağzım uzun ömrə sulandı, vallah
Qarşımda ocaq tək qalandı vallah.
Dünyada nə varsa yalandı,vallah
Dünyada tək bircə qalan şəkildi...

# 1089 dəfə oxunub

Oxşar xəbərlər

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

17:30 27 oktyabr 2026
"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

15:30 27 oktyabr 2026
Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

15:30 26 oktyabr 2026
"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

14:00 26 oktyabr 2026
"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

14:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər