Rüfət Əsədovun "Ananın duası" sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olundu

Rüfət Əsədovun "Ananın duası"  sənədli filmi Moskva Yəhudi İcmasında  nümayiş olundu
29 oktyabr 2026
# 10:08

Rejissor Rüfət Əsədovun “Ananın duası” sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olunub.

Kulis.az xəbər verir ki, Moskva Yəhudi İcma Mərkəzinin Amfiteatr zalında, jurnalist Yana Lyubarskayanın rəhbərlik etdiyi “Yaxşı axşam” klubunun təşkilatçılığı ilə keçirilən nümayişdə film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

İsrailin “Sholumi” Mərkəzi ilə birgə ərsəyə gətirilən ekran əsəri Azərbaycanın Oğuz şəhərində doğulmuş ravvin Şmuel Simantovun həyatından bəhs edir. Təl-Əvivdə dağ yəhudilərinin “Or Ovadia” sinaqoqunun yaradıcısı və rəhbəri olan Şmuel Simantovun həyat hekayəsi filmdə anası Batyənin fədakarlığı fonunda təqdim olunur.

Oğlunun sinaqoq tikmək arzusunu gerçəkləşdirmək naminə uzun illər ərzində topladığı bütün vəsaiti ona bağışlayan ananın bu fədakarlığı ana məhəbbətinin ucalığını, mənəvi bağlılığın gücünü və dini inancın insan həyatındakı dərin mənasını əks etdirən təsirli ekran təcəssümünü tapıb.

Filmin prodüseri “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdur.

Filmin nümayişindən sonra çıxış edən rejissor Rüfət Əsədov Azərbaycanda əsrlər boyu formalaşmış multikulturalizm ənənələrindən, müxtəlif xalqların və dini icmaların nümayəndələrinə göstərilən hörmətdən danışıb. O, vurğulayıb ki, Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşaması, eləcə də yəhudi xalqının mədəni irsinə ehtiram ölkənin multikultural dəyərlərinin mühüm tərkib hissəsidir.

Qeyd edək ki, “Ananın duası” filmi daha əvvəl Azərbaycanda, İsrail, Almaniya və Rusiyada nümayiş etdirilib.

# 83 dəfə oxunub

Oxşar xəbərlər

“Harri Potter” serialının aktyor heyəti genişlənir:  Ceyms və Lili Potter də seçildi

“Harri Potter” serialının aktyor heyəti genişlənir: Ceyms və Lili Potter də seçildi

10:40 28 oktyabr 2026
Ceyms Qann superqəhrəman filmlərinin gələcəyindən danışdı

Ceyms Qann superqəhrəman filmlərinin gələcəyindən danışdı

10:20 28 oktyabr 2026
Tokio Film Festivalı başladı

Tokio Film Festivalı başladı

12:00 27 oktyabr 2026
“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

10:40 27 oktyabr 2026
"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər