"Xəz paltolu Madonna" romanı ekranlaşdırılacaq

"Xəz paltolu Madonna"  romanı ekranlaşdırılacaq
28 oktyabr 2026
# 15:30

Türk ədəbiyyatının klassiklərindən olan Səbahəddin Əlinin "Xəz paltolu Madonna" romanı ekranlaşdırılacaq.

Kulis.az xəbər verir ki, ekran işinin rejissor kürsüsündə Sedat İnci əyləşəcək.

Ekran əsərinin aktyor heyətinin formalaşdırılması istiqamətində işlər davam edir.

Romanın ən yaddaqalan obrazı — Maria Puder rolunu canlandırmaq üçün tanınmış aktrisa Farah Zeynep Abdullah ilə danışıqlar aparılır.

Romanın digər baş qəhrəmanı — Raif Əfəndi obrazını kimin oynayacağı isə hələlik açıqlanmayıb.

İlk dəfə 1943-cü ildə nəşr olunan roman qapalı və sakit bir ömür sürən Raif Əfəndinin keçmişində gizlənən təsirli sevgi hekayəsindən bəhs edir:

Ankarada sadə bir müəssisədə çalışan Raif Əfəndi ətrafındakılar tərəfindən sıradan və zəif biri kimi qəbul edilir. Lakin onun keçmişi xarici görünüşünün arxasında dərin daxili dünyanın dayandığını ortaya qoyur.

Gəncliyində Almaniyaya gedən Raif Əfəndi, Berlində bir incəsənət qalereyasında gördüyü avtoportretdən dərindən təsirlənir. Xəz kürklü qadının təsvir olunduğu həmin tablo onu rəsmin müəllifi — azad ruhlu və müstəqil Maria Puder ilə tanış edir.

Əsər bu iki qəhrəmanın münasibəti fonunda sevgini, tənhalığı, özgələşməni və insanların bir-birinin daxili aləmini nə dərəcədə tanıya biləcəyini sorğulayır.

Səbahəddin Əlinin dərin psixoloji təhlilləri və sadə təhkiyəsi ilə seçilən bu roman aradan onilliklər keçməsinə baxmayaraq, hələ də ən çox oxunan kitablar sırasında yer alır.

# 92 dəfə oxunub

Oxşar xəbərlər

Səbinə Hacıyeva:  "Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasına xüsusi əhəmiyyət verir"

Səbinə Hacıyeva: "Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasına xüsusi əhəmiyyət verir"

16:02 28 oktyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
Pop ulduzu Martin Skorsezenin filmində

Pop ulduzu Martin Skorsezenin filmində

16:00 28 oktyabr 2026
“Qalaktikanın mühafizəçiləri”nin qəhrəmanı geri qayıdır:  Kris Prat  "Marvel"lə razılaşdı

“Qalaktikanın mühafizəçiləri”nin qəhrəmanı geri qayıdır: Kris Prat "Marvel"lə razılaşdı

14:30 28 oktyabr 2026
Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

13:30 28 oktyabr 2026
İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

13:24 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər