“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirildi

“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya”  mövzusunda sessiya keçirildi
28 oktyabr 2026
# 13:17

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib.


Kulis.az APA-ya istinadən xəbər verir ki, sessiya UNESCO, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və ADA Universitetinin tərəfdaşlığı ilə təşkil olunub.


Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı bildirib ki, müəyyən testləri əzbərləməklə ali məktəbə qəbul olmaq, bakalavriat və magistratura təhsili almaq, diplom əldə etmək mümkündür. Lakin əsas məsələ insanların dəyişən şəraitə uyğunlaşmaq, ünsiyyət qurmaq, tənqidi və yaradıcı düşünmək bacarıqlarına nə dərəcədə yiyələnməsidir.


Onun sözlərinə görə, texnologiyaların sürətli inkişafı təhsil sisteminin qarşısında yeni vəzifələr qoyur.


Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla isə çıxışında təhsil alan gənclərin multikultural dəyərlər, dünya mədəniyyəti və müxtəlif xalqların mənəvi irsi əsasında formalaşmasının cəmiyyətdə qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.


Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Nicat Məmmədli süni intellektin təqdim etdiyi cavabların milli-mədəni dəyərlərə uyğunluğunu müəyyənləşdirmək üçün xüsusi qiymətləndirmə mexanizminin yaradılmasını təklif edib. O bildirib ki, eyni sualların Azərbaycan, rus və ingilis dillərində süni intellekt modellərinə ünvanlanması və cavabların müqayisəli təhlili modellərin müxtəlif mədəniyyətlərə münasibətini üzə çıxarmağa imkan verə bilər.


Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov isə Azərbaycanda son illərdə Mədəniyyət Nazirliyi yanında incəsənət təhsili sisteminin modernləşdirilməsi istiqamətində işlər görüldüyünü bildirib. O, incəsənət təhsilinin gənclərin yaradıcılıq bacarıqlarının inkişafı, mədəni irsin qorunması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.


Sessiyada, həmçinin inklüziv dialoqun, bərabərliyin, qarşılıqlı tanınmanın və plüralizmin təşviqində rəqəmsal vətəndaşlıq bacarıqlarının əhəmiyyəti müzakirə olunub.


Panel müzakirələri ilə davam edən sessiyada təhsil, mədəniyyətlərarası dialoq və rəqəmsal transformasiya ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# 93 dəfə oxunub

Oxşar xəbərlər

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

13:30 28 oktyabr 2026
İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

13:24 28 oktyabr 2026
"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

13:00 28 oktyabr 2026
“Mercury Prize”  mükafatının qalibi açıqlandı

“Mercury Prize” mükafatının qalibi açıqlandı

12:30 28 oktyabr 2026
Coşqun Xəliloğlu  Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

Coşqun Xəliloğlu Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

12:27 28 oktyabr 2026
Dreykə qarşı müəlliflik hüququ iddiası geri götürüldü: “Janice STFU” işi hələlik bağlandı

Dreykə qarşı müəlliflik hüququ iddiası geri götürüldü: “Janice STFU” işi hələlik bağlandı

12:00 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər