Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Xalq artisti Ramiz Quliyevin  qəbirüstü abidəsinin açılışı oldu
15 oktyabr 2026
# 11:45

II Fəxri xiyabanda Xalq artisti, professor Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, açılış mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Xalq artisti Vamiq Məmmədəliyev bildirib ki, Ramiz Quliyevin tara olan sevgisi sonsuz idi, bu, qəbirüstü abidəsində də əksini tapıb: “Ramiz müəllimin xatirəsi hər zaman yaşayacaq. Bu gün onun çoxsaylı tələbələri buradadır”.

Xalq artisti Mənsum İbrahimov çıxışı zamanı bildirib ki, Ramiz Quliyev tarın bayraqdarı idi: "O, həqiqətən də, sənət üçün doğulmuşdu. Ramiz müəllim ölməz sənətkardır, o, həmişə yaşayacaq. Onun ifaları hər zaman qulaqlarımızdadır”.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Ramiz Quliyevin vəfatı Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir: "O, Azərbaycan muğamını hər zaman layiqincə təmsil edib. Belə sənətkarlar hər zaman yaşayacaq, özlərindən sonra gələn gənclər üçün örnək olacaqlar. Ramiz Quliyev xüsusilə gənclərə dəstək olurdu. O özündən sonra gələn nəsil üçün nümunə olub”.

Xalq artisti Fəxrəddin Manafov bildirib ki, Ramiz Quliyevin sənət irsini hazırda onun oğlu, Əməkdar artist Əyyub Quliyev davam etdirir: "Ramiz Quliyevin tara və sənətə olan sevgisi tükənməz idi. Onun sənətə sevgisini indi də oğlu davam etdirir. Böyük sənətkar idi, hər zaman qəlbimizdə yaşayacaq”.

Sonda mərhum sənətkarın oğlu, Əməkdar artist Əyyub Quliyev mərasim iştirakçılarına təşəkkür edib.

Qeyd edək ki, Ramiz Quliyev 2025-ci il oktyabrın 15-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

# 90 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qədim batmış gəmisi aşkar edildi

Dünyanın ən qədim batmış gəmisi aşkar edildi

12:30 15 oktyabr 2026
Səlim Babullaoğlu İrpen Ədəbiyyat mükafatına  layiq görüldü

Səlim Babullaoğlu İrpen Ədəbiyyat mükafatına layiq görüldü

12:10 15 oktyabr 2026
7 min illik insan skeleti tapıldı

7 min illik insan skeleti tapıldı

12:00 15 oktyabr 2026
"İstanbul Saat Festivalı"  keçirildi

"İstanbul Saat Festivalı" keçirildi

11:30 15 oktyabr 2026
"Frieze 2026" müasir incəsənət həftəsi açıldı:  Baş mükafat hörümçək heykəlinə verildi

"Frieze 2026" müasir incəsənət həftəsi açıldı: Baş mükafat hörümçək heykəlinə verildi

10:40 15 oktyabr 2026
Gəncə Filarmoniyasında yanğın - taktiki təlimi keçirildi

Gəncə Filarmoniyasında yanğın - taktiki təlimi keçirildi

10:34 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər