Teoman: "Anam müğənni olduğuma görə utanırdı"

Teoman: "Anam müğənni olduğuma görə utanırdı"
23 yanvar 2026
# 12:36

“İki Yabancı”, “Paramparça”, “Zamparanın Ölümü”, “Kupa Kızı ve Sinek Valsi” kimi mahnıları ilə tanınan, son illər verdiyi açıqlamalarla tez-tez gündəmə gələn Teoman Ahmet Mümtaz Taylanın aparıcılığı ilə NTV-də yayımlanan “Empati” proqramının qonağı olub.

Kulis.az xəbər verir ki, uşaqlıq və gənclik illərinə dair indiyədək çox danışmadığı məqamları bölüşən Teoman anasının müğənni olması səbəbilə illərdir özünü xoşbəxt hiss etmədiyini etiraf edib.

Anası, xalası və nənəsi ilə böyüdüyünü deyən sənətçi bildirib ki, iki yaşında atasını itirdiyi üçün həyatında kişi fiquru olmayıb:

“Atam mən iki yaşında ikən vəfat edib. Ona görə də bir kişi obrazı tanımadım. Mənim kişi qəhrəmanlarım Zaqor, Elvis Presli kimi fiqurlar idi. Utancaq bir uşaq kimi böyüyürsən. İnsana güvən verən ata fiqurunun yoxluğu stres yaradır. Axırda narahat bir insana çevrilirsən. Onlarla böyümək qadınlığın incəliyini öyrənməyimə səbəb oldu”.

ELVIS PRESLEY GİBİ ROCK YILDIZI OLMAK İSTEMİŞ 1

“Həyatım qəhrəmanlarıma oxşamaqla keçdi və hələ də qəhrəmanlarım var” deyən Teoman 12–13 yaşlarında Elvis Presli kimi bir rok ulduzu olmağa qərar verdiyini və bunu açıq şəkildə söylədiyini də bildirib.

Daha əvvəl dediyi “Anam depressiv insandır, mən də eləyəm. Evdən çıxarkən üzərimə bir zireh geyinirəm” sözlərinə də aydınlıq gətirən Teoman qeyd edib ki, onu melanxolik insana çevirən çox şey var:

“Uşaqlıqda necə bir mühitdə böyümüsənsə, o sənə keçir. Anamda bəyənmədiyim bütün xüsusiyyətlər, depressiya da daxil olmaqla, mənə keçib. Özümü daha sakit bir insana çevirməyə çalışıram. Səhərlər evdən öz-özümə təlqinlə çıxıram. Daim mübahisə eləyən insanları sevmirəm”.

Anasının onun rok ulduzu olmasına münasibətindən danışan Teoman bildirib ki, anası hələ də bu vəziyyəti tam qəbul etməyib:

“Anam 93 yaşındadır və hələ də bunu aşa bilməyib. Məni həmişə ağıllı, tərbiyəli uşaq kimi görürdülər, cəmiyyətdə daha ‘statuslu’ bir işim olmasını istəyirdi. Müğənni olanda illərlə buna görə pis oldu, utandı. Hələ də etdiyim işi bəyənmir, mənə yaraşdırmır. Amma dostları ‘Ay, Teomanı çox sevirik’ dedikcə xoşbəxt olur. Axırda onu sevindirə bildim”.

Atası haqqında danışmağı sevmədiyini deyən sənətçi əlavə edib:

“İki yaşında atasını itirən biri ölümünə yox, yoxluğuna görə pis olur. Uşaqlıqda yaranan boşluq heç vaxt keçmir. Evdəki mühit səni formalaşdırır. Əgər anam atamın yoxluğunu dramatikləşdirməsəydi, bəlkə, hər şey fərqli olardı. Böyük acı və çatışmazlıq hissini sənə valideynlər ötürür. Bədbəxt valideyn səni də bədbəxt edir”.

"AKSİ BİR YAŞLI OLMAKTAN KORKUYORUM" 2

Gündəlik həyatından da danışan Teoman özünü “kafe adamı” adlandırıb:

“Səhər saat 8-də kafedəyəm. Mətbəxdə heç nə etmirəm, həmişə çöldə yeyirəm”.

Evini çox sevdiyini, amma işdən başqa səbəblə kimsəni dəvət etmədiyini deyən sənətçi bildirib ki, evi heç də “yetkin insan evi”nə oxşamır:

“Evimdə yemək masası yoxdur, amma boks torbası var. Biri gəlib evin mənə aid olduğunu bilməsə, bir yeniyetmənin evi sanar”.

Özünü çox nizam-intizamlı biri kimi təsvir edən Teoman kitablarını mövzularına görə düzdüyünü, hətta corablarını belə növünə görə ayırdığını deyib.

2012–2015-ci illərdə Ayşe Kaya ilə evli olan və Zeyno adlı bir qızı olan Teoman atalıq mövzusunda isə səmimi etiraflar edib:

“Xəyal etdiyim kimi bir ata ola bilmədim. Öz-özümə ‘Teoman, sən ata olmağı bilmirsən, qızına saxta yox, dürüst bir ata olsan yaxşıdır’ dedim. Atalıq üçün əlimdən gələni edirəm”.

"ANNEM YAPTIĞIM İŞİ BEĞENMİYOR" 3

Ata olduqdan sonra dəyişdiyini deyən sənətçi əlavə edib ki, artıq uşaq kimi davranmağın mümkün olmadığını anlayıb.

Ahmet Mümtaz Taylanın “Maqazinlə çox vaxt itirmədinmi? Sən kifayət qədər tanınmırsan” sözlərinə isə belə cavab verib:

“Uşaqlıqdan bəri eşşək kimi işləyirəm. Amma yenə də məni, əslində, heç kim tanımır. İndiki ağlım olsaydı, daha diqqətli davranardım”.

“Tənbəl Teoman” imicinin də bir parodiya olduğunu deyən sənətçi bunun Okan Bayülgen tərəfindən yaradıldığını bildirib:

“Bu tam bir uydurmadır. Okan məni bir az karikaturalaşdırdı. İnsanlar da bu sayədə məni daha da sevdilər. ‘Okan məni Molla Nəsrəddin elədi, mən də elə buradan davam edim’ dedim. Tənbəl deyiləm, tənbəl rolunu oynayıram”.

KAYBETTİĞİ BABASINA DAİR KONUŞTU 4

Ən böyük peşmanlığının 2011–2012-ci illərdə musiqini buraxdığı dövr olduğunu deyən Teoman o günləri belə xatırlayıb:

“Musiqi olmayanda həyat daha da boş gəldi. Özümə dedim ki, karyeran da, şəxsi həyatın da dağınıqdır, hətta bir uşağın belə yoxdur. 44 yaşım var idi. Geriyə baxanda çox mənasız işlər görmüşəm. Böyük peşmanlığım o dövrdür”.

TEOMAN'IN GÜNLÜK HAYATI NASIL? 5

Bu gün daha rasional və sakit bir həyat yaşadığını deyən sənətçi sözlərini belə tamamlayıb:

“İllərin avarası indi çox düzgün bir həyat yaşayır”.

Unudulmaqdan da, ölümdən də qorxmadığını deyən 58 yaşlı Teoman “Səndən geriyə nə qalacaq?” sualına isə belə cavab verib:

“Əvvəllər böyük sənətçi olmaq kimi ideallarım vardı. İndi bu haqda düşünmürəm. Ən çox istədiyim Özkan Uğur kimi xatırlanmaqdır. İnsanlarda xoş hisslər oyadan biri olmaq istərdim”

"ÖZKAN UĞUR GİBİ HATIRLANMAK İSTERİM" 9

# 120 dəfə oxunub

Oxşar xəbərlər

Brayl əlifbasında nəşr olunmuş 19 kitabın təqdimatı baş tutdu

Brayl əlifbasında nəşr olunmuş 19 kitabın təqdimatı baş tutdu

14:23 23 yanvar 2026
Könül Kərimova: "Dəli deyiləm ki, durduğum yerdə aqressiv olum"

Könül Kərimova: "Dəli deyiləm ki, durduğum yerdə aqressiv olum"

14:11 23 yanvar 2026
Ufuk Özkana donor tapılıb? - Qardaşı açıqladı

Ufuk Özkana donor tapılıb? - Qardaşı açıqladı

12:10 23 yanvar 2026
Mehman Cavadoğlu:  "Heç vaxt ağlıma gəlməzdi ki,  70 yaşa çatacağam" - Müsahibə

Mehman Cavadoğlu: "Heç vaxt ağlıma gəlməzdi ki, 70 yaşa çatacağam" - Müsahibə

11:46 23 yanvar 2026
Eduard Manenin məktubu: “Söyüşlər üzərimə dolu kimi yağırdı”

Eduard Manenin məktubu: “Söyüşlər üzərimə dolu kimi yağırdı”

11:40 23 yanvar 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi

Başdaşına öz adının yazılmasını istəməyən dahi

11:20 23 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər