Skorsezedən etiraf: Şimali Koreya lideri "Kleopatra" filmini necə məhv etdi?

Skorsezedən etiraf:  Şimali Koreya lideri "Kleopatra" filmini necə məhv etdi?
2 noyabr 2026
# 10:20

Dünyaşöhrətli rejissor Martin Skorseze baş rolda Ancelina Colinin çəkilməsi planlaşdırılan "Kleopatra" layihəsinin niyə çəkilmədiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, "Variety" nəşrinə danışan rejissor filmin 2014-cü ildə Set Roqenin "Müsahibə" (The Interview) komediyası ilə əlaqədar "Sony" serverlərinə edilən səs-küylü kiberhücum üzündən ləğv edildiyini bildirib.

Kim Çen İnlə zarafat və ləğv edilən meqalayihə

Məlum olduğu kimi, "Müsahibə" komediyasında Şimali Koreya lideri Kim Çen İna qarşı sui-qəsd cəhdi səhnəsi yer alırdı. Buna etiraz olaraq hakerlər "Sony Pictures" şirkətinin serverlərini sındırmış və filmin nümayişindən imtina edilməsini tələb etmişdilər. Skorseze həmin xaos günlərini belə xatırlayır:

"Biz 'Kleopatra'nı çəkməyə hazırlaşırdıq. Sonra onlar Kim Çen İnlə zarafat etdilər və bu, "Columbia" studiyasında əsl qarmaqarışıqlıq yaratdı. Set Roqen, elədirmi? Məhz bu hadisə mənim filmimi də məhv etdi".

Rejissor vurğulayıb ki, ekran işi "həqiqətən də dəlicəsinə" və qeyri-adi alınmalı idi. Layihədə VII Kleopatra rolunu Ancelina Coli ifa etməyə hazırlaşırdı, ssenarini isə məşhur ssenarist Erik Rot qələmə almalı idi. Lakin kiberhücumun yaratdığı daxili böhran studiyanı bu nəhəng layihəni maliyyələşdirməkdən çəkindirdi.

Skorsezenin yeni hədəfi: Roma Papası ilə sənədli film

Qeyd edək ki, 2025-ci ilin may ayında Skorsezenin Roma Papası Fransiskin iştirakı ilə "Aldeas — Yeni tarix" (Aldeas — A New Story) adlı sənədli film üzərində işlədiyi açıqlanmışdı. Ekran işinə pontifikin kamera qarşısında verdiyi "sonuncu müsahibə"si də daxil ediləcək. Layihə 2013-cü ildə Roma Papası tərəfindən təsis edilən "Scholas Occurrentes" beynəlxalq qeyri-kommersiya təşkilatından bəhs edəcək. Qurumun əsas məqsədi təhsil, incəsənət və idman vasitəsilə dünyanın hər yerindən gəncləri bir yerə toplamaqdır.

# 83 dəfə oxunub

Oxşar xəbərlər

İtlərə həsr olunmuş sərgi açıldı

İtlərə həsr olunmuş sərgi açıldı

10:40 2 noyabr 2026
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi”  tamaşasını izlədı

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izlədı

10:03 2 noyabr 2026
Ədəbiyyatşünas Qurban Bayramov vəfat etdi

Ədəbiyyatşünas Qurban Bayramov vəfat etdi

10:00 2 noyabr 2026
Qulu Ağsəs:  “Kişilər zəhmət çəkib sevməli, qadınlar isə...” – Müsahibə

Qulu Ağsəs: “Kişilər zəhmət çəkib sevməli, qadınlar isə...” – Müsahibə

10:00 2 noyabr 2026
Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər