Tanınmış modelyerin kolleksiyası təqdim olunacaq

Tanınmış modelyerin kolleksiyası təqdim olunacaq
29 sentyabr 2022
# 21:54

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer – dizayner Gülnarə Xəlilovanın kəlağayıdan yaratdığı “İpək sərvəti” geyim kolleksiyası Qazaxıstanda “Aspara Fashion Week” beynəlxalq layihəsinin onuncu mövsümü çərçivəsində təqdim olunacaq.

Kulis.az xəbər verir ki, “İpək sərvəti" layihəsi "Azerbaijan kelagayi" Milli Brendi ilə birgə reallaşdırılıb.


Dəfilə Taraz şəhərinin "Көне Taraz” etnomədəni kompleksinin “Şahristan” sərgi pavilyonunda baş tutacaq. 2017-ci ildə dünyanın nüfuzlu geyim dizaynerlərindən biri olan Aydarxan Kaliyev tərəfindən yaradılmış "Aspara Fashion Week" bu il "Mədəniyyətlərin dialoqu" devizi altında keçiriləcək. Moda Həftəsi oktyabrın 1 – dən 4-dək "Taraz-sənətkarlar şəhəri" Beynəlxalq sənətkarlıq sərgisi çərçivəsində təqdim olunacaq.

Ekspozisiyada, həmçinin “Cizgi by Gulnara Khalilova”dan araxçınlar, ipək yaylıqlar və libaslar təqdim olunacaq.


“Aspara Fashion Week” onuncu mövsümünün keçirilməsində məqsəd milli dəyərlərin müqayisəsi və digər xalqların dəyərlərinə hörmətlə və qayğıkeş münasibətidir, etnomədəni birgə yaşayışın mümkünlüyü yaradılması ilə bağlı mədəniyyət dialoqunun atmosferini yaratmaqdır", - deyə Gülnarə Xəlilova qeyd edib.


Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

# 3417 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər