Sosial şəbəkdə “Azdrama”nın adından dələduzluq edənlər kimlərdir? - Açıqlama

Sosial şəbəkdə “Azdrama”nın adından dələduzluq edənlər kimlərdir? - Açıqlama
8 iyun 2023
# 10:34

"Tinder sosial şəbəkəsində müxtəlif xanım adları ilə profillər açaraq əks cinsin nümayəndələrinə tanışlıq məqsədilə yazaraq tanış olurlar. Tanışlıq baş tutduqdan sonra isə "Azdrama"ya aid saxta keçidi göndərərək "tamaşaya birlikdə gedək" adı ilə bilet almasını istəyirlər".

Kulis.az xəbər verir ki, bunu İT mütəxəssisi Rəşad İbrahimov özünün feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, vətəndaş kart məlumatlarını daxil etdiyi təqdirdə kart məlumatlarını götürür və kartda olan vəsaitləri mənimsəyirlər: "Keçidi yoxladım, keçid mütəmadi olaraq yenilənir və həmişə olduğu kimi dələduzlar Azərbaycanda deyil.Ən gülməli tərəfi isə ondan ibarətdir ki, "Azdrama"nın rəsmi veb səhifəsinin nüxsəsini çıxarıb tərcümə edib saxta veb səhifə yaradıblar. Tərcümədə google translate səhvə yol verdiyi üçün sıra sözünü "yataq "sözü olaraq tərcümə edib".

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, teatr artıq Beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib. Müraciətdə bildirilir ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir:

“Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.

# 2675 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər