“İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb

“İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
20 noyabr 2024
# 09:21

Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisinin açılışı keçirilib.

Kulis.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Sərginin açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovayanın müavini Lidiya Qrigoryeva, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya Federasiyası prezidentinin beynəlxalq əlaqələr üzrə xüsusi nümayəndəsi, “Abrau Durso” Azərbaycan şirkətlər qrupunun sahibi Boris Titov, North Park Universitetinin professoru Nenna Okorenin kuratoru, 365 ART Qalereyasının təsisçisi Olqa Daniele çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.

“İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunur. Burada Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və televiziya aparıcısı Natalya Boçkaryovanın, North Park Universitetinin professoru Nnenna Okorenin (Çikaqo ş.), meksikalı rəssam Pedro Sezar Peraltanın, rəssam, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi Aida Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhməd, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov, Təranə Əliyeva və Bilgəh qəsəbəsi 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdlərinin müəllifi olduğu sənət nümunələri yer alır. Bunlar şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırlanmış bir-birindən fərqli əsərlərdir.

Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi baş tutub. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyi üzvlərinin ənənəvi toxuculuq üzrə ustad dərsi keçiriblər.

Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri tərəfindən rəqs ifa olunub.

Müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişmələrinə qarşı mübarizəyə, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə yönəltmək məqsədilə keçirilən sərgi noyabrın 30-dək davam edəcək.

# 1613 dəfə oxunub

Oxşar xəbərlər

İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açıldı

İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açıldı

16:00 18 iyun 2026
"Dünyadan Tanrıya açılan qapı insandır..." - Məşhur mütəfəkkirdən deyimlər

"Dünyadan Tanrıya açılan qapı insandır..." - Məşhur mütəfəkkirdən deyimlər

15:30 18 iyun 2026
Muğamın yeni səhnəsi: Azərbaycan xanəndələri TikTok-da

Muğamın yeni səhnəsi: Azərbaycan xanəndələri TikTok-da

15:25 18 iyun 2026
"Həmişə dilimin bəlasına düşürəm..."  - Saramaqonu niyə  tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?

"Həmişə dilimin bəlasına düşürəm..." - Saramaqonu niyə tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?

15:00 18 iyun 2026
Məşhur yapon xoreoqraf  Bakıda ustad dərsləri keçdi

Məşhur yapon xoreoqraf Bakıda ustad dərsləri keçdi

14:00 18 iyun 2026
Flora Kərimovanın son vəziyyəti

Flora Kərimovanın son vəziyyəti

13:25 18 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər