“Füzuli qəzəlləri Azərbaycan musiqisində” kitabı təqdim olundu

“Füzuli qəzəlləri Azərbaycan musiqisində”  kitabı təqdim olundu
3 oktyabr 2025
# 14:00

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Kazımovanın müəllifi olduğu “Füzuli qəzəlləri Azərbaycan musiqisində” adlı kitabının təqdimat mərasimi baş tutub.

Kulis.az xəbər verir ki, təqdimatda tanınmış incəsənət xadimləri, musiqişünas alimlər və ədəbiyyatşünaslar iştirak ediblər.

Kitab Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub və “Şərq-Qərb” nəşriyyatı tərəfindən çap edilib. Əsərin elmi redaktoru akademik Zemfira Səfərova, rəyçiləri isə akademik Nizami Cəfərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadədir.

Monoqrafiyada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərinin yüksək poetikası, daxili ritmi, vəzn və bəhr xüsusiyyətləri araşdırılır, onların muğamlarımızla və Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə bağlılığı tədqiq edilir. Füzuli lirikasının musiqimizə, xüsusilə muğam sənətində, bəstəkarların yaradıcılığındakı təsiri elmi əsaslarla təhlil olunur.

Çıxış edən akademik Nizami Cəfərov kitabı Azərbaycan elminə mühüm töhfə kimi dəyərləndirib və qeyd edib ki, əsər ədəbiyyatla musiqinin vəhdətini elmi müstəvidə təqdim edir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə isə bildirib ki, monoqrafiya gənc tədqiqatçılar üçün dəyərli mənbədir və yeni araşdırmalar üçün istiqamət açır.

“Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova da çıxış edərək kitabın nəşr prosesindən danışıb və əsərin əhəmiyyətini vurğulayıb:
“Bu kitab yalnız bir elmi əsər deyil, həm də Azərbaycan mədəniyyətinin dərin qatlarını üzə çıxaran mühüm mənbədir. Füzuli yaradıcılığının musiqimizlə qovuşması milli-mənəvi sərvətimizdir və belə əsərlərin çap olunması bizim üçün qürurvericidir.”

Müəllif Lalə Kazımova isə çıxışında kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə – elmi redaktor və rəyçilərə, nəşriyyat rəhbərliyinə, həmçinin bütün dəstək göstərənlərə təşəkkürünü bildirib.

Təqdimat musiqili proqramla davam edib. Solistlərin ifasında Üzeyir Hacıbəylinin , Fikrət Əmirovun əsərləri səsləndirilib.

# 1399 dəfə oxunub

Oxşar xəbərlər

"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər