Bakıda əfsanəvi skripkaçının yubiley konserti keçiriləcək

Bakıda əfsanəvi skripkaçının yubiley konserti keçiriləcək
28 yanvar 2022
# 14:40

Bakıda əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq.

APA-nın Latviyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, konsert martın 5-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

Məşhur maestro ilə birlikdə skripkaçı Madara Petersone (Latviya) və Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir səhnədə çıxış edəcək.

Qeyd edək ki, beynəlxalq səviyyəli skripkaçı kimi, o, Leonard Bernstein, Riccardo Muti, Claudio Abbado, Lorin Maazel, Herbert von Karajan, Nikolaus Harnoncourt, Seiji Ozawa kimi nüfuzlu dirijorlarla və ən böyük orkestrlərlə bərabər çıxış edir.

1997-ci ildə Gidon Kremer 3 Baltik ölkəsindən olan istedadlı gənc musiqiçilərdən ibarət olan "Kremerata Baltica" kamera orkestrinin əsasını qoyub.

Mövcud olduğu müddətdə orkestr 50-dən çox ölkədə qastrol səfərində olub. Kollektivlə birlikdə görkəmli müasir ifaçılar, o cümlədən Jessye Norman, Mixail Pletnev, Thomas Zehetmair, Yo-Yo Ma və başqaları çıxış ediblər. Musiqiçilərin 50-dən çox CD-si buraxılıb və 2002-ci ildə orkestr GRAMMY və ECHO kimi nüfuzlu mükafatlara layiq görülüb.

Gidon Kremer 120-dən artıq albom buraxıb və Ernst von Siemens Musikpreis, Bundesverdienstkreuz, Moskvanın Triumf Mükafatı, Unesco və Una Vita Nella Musica - Artur Rubinstein kimi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bundan əlavə 2016-cı ildə Yaponiyanın İmperatoru onu musiqi dünyasında Nobel mükafatına bərabərləşdirilən "Praemium Imperiale" mükafatı ilə təltif edib.

Bu il maestronun 75 illiyi və onun yaratdığı “Kremerata Baltica” Orkestrinin 25 illik yubileyi qeyd olunur. Sənətçilər ikiqat yubileylərini Kanada, Amerika, Avropa və Asiya şəhərlərinə qastrol səfərləri ilə qeyd edirlər.

# 2134 dəfə oxunub

Oxşar xəbərlər

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər