Amaliya Pənahovanın xatirə gecəsi keçirildi

Amaliya Pənahova, Xalq artisti

Amaliya Pənahova, Xalq artisti

17 iyun 2022
# 10:00

İyunun 16-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti Amaliya Pənahovanın doğum günü münasibətilə xatirə gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində görkəmli sənətkarın kinoda yaratdığı obrazlardan ibarət fotosərgi də nümayiş olunub.

Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb.

Azərbaycan Dövlət Film Fondunda Amaliya Pənahovanın şəxsi arxiv fondunun yaradıldığını qeyd edən Cəmil Quliyev deyib: “Fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnalları daxil olub. Xalq artistinin şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub. Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib”.

Amaliya xanımın yaxın dostu Elxan Qasımov görkəmli aktrisanı 1962-ci ildən tanıdığını söyləyib. O deyib: “Amaliya xanım şəhərdə, rus mühitində böyüsə də dilimizi gözəl bilirdi. O, ana dilimizdə səlis danışmağı “Kommunist” qəzetini oxumaqla öyrənmişdi. Sonra Amaliya xanıma tamaşalarda baş rolların mətnləri üzərində işləmək həvalə olundu. Bu onun peşəkar karyerasında dönüş nöqtəsinə çevrildi. Ardınca ona teatrlarda da rollar verildi. Amaliya Pənahova haqqında yazılan monoqrafiyalar onu tam əks etdirmir. Amaliyanı yaxından tanımaq, gözündəki qığılcımı görmək üçün onunla təkbətək söhbət etmək lazım idi. Amaliya Pənahovanı daha yaxşı Bələdiyyə Teatrın aktyorları tanıyır. Bu teatrı yaradan Amaliya Pənahova yaradıcı heyətə nəvazişlə yanaşır aktyorlara sənətin sirlərini öyrədirdi. Bu teatr Amaliya Pənahovanın canlı arxividir. Onun həyatı bundan sonra başlayır”.

Akademik Teatrın səhnəsində görkəmli sənətkarla bir səhnəni bölüşən Xalq artisti Rafiq Əzimov Amaliya Pənahovanı teatr aləmində 50 il şöhrəti saxlayan yeganə aktrisa adlandırıb: “Amaliya Pənahova hələ 3-cü kursda oxuyarkən “Sən həmişə mənimləsən” filminə baş rola dəvət olunmuşdu. O zamanlar baş rolları peşəkar aktyorlar oynayardı. Anacaq Amaliya bu işin öhdəsindən müvəffəqiyyətlə gəldi. Tamaşa respublikada səs saldı. Bundan sonra Amaliya Pənahova ölkənin aparıcı teatrlarında roldan-rola girərək başqalaşdı və tamaşaçıların qəlbini ovsunladı. Onun yaratdığı teatr bir tarix oldu. İlk dəfə Amaliya Pənahovanın vaxtında yaşlı nəslin nümayəndələri ilə gənc aktyorlar bir səhnəni bölüşdülər. Bu teatr tarixində bir çevriliş idi”.

Görkəmli sənətkarın oynadığı tamaşalara quruluş verən Xalq artisti Mərahim Fərzəlibəyov deyib: “Sən həmişə mənimləsən” filmində Amaliya Pənahovanı ilk dəfə ekranda görəndə onunla işləmək arzusuna düşdüm. Tale elə gətirdi ki, Bakı Bələdiyyə Teatrın rejissor vəzifəsinə təyin olundum və görkəmli sənətkarla işlədim. İnanıram ki, Bakı Bələdiyyə Teatrı hər zaman Amaliya Pənahovanın ruhunu göylərə qaldıracaq”.

Amaliya Pənahova ilə birgə televiziya layihələrində çalışan telejurnalist Vidadi Hüseynov onunla ilk tanışlığından danışıb, xatirələrini bölüşüb, bildirib ki, o, Amaliya Pənahovanın böyük fanatıdır.

Sonra Xalq artisti Amaliya Pənahova haqqında sənədli film təqdim olunub.

Xatırladaq ki, Amaliya Pənahova “Əhməd haradadır?”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Səmt küləyi”, “Mezozoy əhvalatı”, “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Mən mahnı qoşuram”, “Babək”, “Gözlə məni”, “Bircəciyim”, “Cavad xan” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

# 2724 dəfə oxunub

Oxşar xəbərlər

"Göz yaşlarını onun gəlişinə saxlamışdı..." - Bayramların ən gözəli: ZƏFƏR

"Göz yaşlarını onun gəlişinə saxlamışdı..." - Bayramların ən gözəli: ZƏFƏR

17:13 8 noyabr 2025
Qarabağın ən məşhur  tarixi abidələri

Qarabağın ən məşhur tarixi abidələri

15:00 8 noyabr 2025
"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib

"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib

10:40 8 noyabr 2025
Mətanət Vahid:  "Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik..."

Mətanət Vahid: "Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik..."

10:00 8 noyabr 2025
"Oğulların qanı ilə boyandı bayrağının qırmızısı..." - Nuray Rəşid

"Oğulların qanı ilə boyandı bayrağının qırmızısı..." - Nuray Rəşid

10:00 8 noyabr 2025
"Avropanın vicdanı" adlandırılan yazıçı - Onun ölümündə kimlərin əli var idi?

"Avropanın vicdanı" adlandırılan yazıçı - Onun ölümündə kimlərin əli var idi?

17:40 7 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər