Xərçəngdən ölən müəllimənin ürək parçalayan misraları

Xərçəngdən ölən müəllimənin ürək parçalayan misraları
16 aprel 2021
# 10:01

Kulis.az bu günlərdə xərçəng xəstəliyindən dünyasını dəyişən gənc müəllimə Əfsanə Mirzəyevanın yazdığı şeiri təqdim edir.

Bu yaz bir başqa yazdır...
Oxşamır ki, bahara.
Yağışlı, küləklidir.
İsinmir də heç hava...

Çiçəklər boynu bükük,
Ağaclar qəmli durur.
Çəmənlərdəki sükut,
Yorur, ruhumu yorur.

Yaşam ətri bürümür
Çəkdiyim nəfəsi də.
Qalmayıb yaşamağa
Cismimin həvəsi də.

Bu yaz bir başqa yazdır,
Havası ölüm qoxur.
Günəşin gözündə də
Üzümə ölüm baxır.

Üşüdür soyuqluğu
Açılan hər sabahın.
Gedimmi?
Gedim! Sizə
Bir az da göydən baxım.

Söz, getsəm isinəcək
Günüm də, gündüzüm də.
Yormuşam, yorulmuşam
Dincəlim göy üzündə.

Masmavi ənginliyə
Qovuşum, tapım huzur.
Yoxsa baharsız qalan
Dünyada ruhum azır.

Ağırlaşmış cismimdən
Asi ruhum qurtulsun.
Gəzim buludlar üstə,
İçim-çölüm nur olsun.

Göyqurşağı dam olsun,
Yağışlar çeşmə-bulaq.
Gün işığı örtməyim,
Küləklər saça daraq.

Yazı yaztək yaşayım,
Yaşayım?!
Ölüm nə ki...
İnsan yenidən yaşar,
Ölüm bir yeni şəkli...

Bu yaz bir başqa yazdır,
Havası ölüm qoxur.
Ölümün gözlərində
Üzümə həyat baxır...

# 5217 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər