Bu günün Hikməti

Bu günün Hikməti
15 oktyabr 2020
# 14:35

Günel Mehri

Ona Xıdır da deyən var, Xızır da, Kıdır da. Amma əsas məsələ odur ki, 124 min peyğəmbərdən seçilir, qəlizə düşən adamların ağzından bir dua səslənir: Xıdır köməyin olsun.

Hələ nəql edirlər ki, çətin anlarda müxtəlif qılıqlara girib insanların köməyinə qaçan müdriklik, hikmət sahibidir o. Həyatda heç nə təsadüfi deyil. Nə dünyaya göz açanda bizə verilən adlar, nə gəlib yetişdiyimiz məqamlar.

Hər şey xüsusi ssenari ilə öz axarını tapır. O da qəfil Xıdır peyğəmbər kimi peyda olub səsimizə səs verdi. Əvvəlcə adıyla güvənimizi qazandı. Sonra gücümüzə güc qatdı. Təbəssümüylə qəlbimizi isitdi.

Və bir də ayıldıq ki, nə hikmətdirsə, bir-birimizdən bixəbər hamımız ondan danışırıq. Böyüklü, kiçikli, qadınlı, kişili, müxalifli, iqtidarlı bütün Azərbaycan zəncirvari dalğa effekti ilə mavi ekran qarşısında cəm olub cəbhədən isti xəbərlər ötürən brifinqlərə köklənir.

Sonra qızğın müzakirələr başlayır evlərdə, iş yerlərində, efirlərdə, sosial şəbəkələrdə: Hikmət müəllim belə çıxış etdi... Hikmət bəy bu məlumatı çatdırdı...

Bəlkə uzun zaman heç bir məmurun adı bu qədər dolaşmamışdı xalqın dilində. Özü də belə bir ağır dönəmdə...

Haqq savaşının bu qədər dolanbaclı və həlledici məqamında...

Atalar gözəl deyib, xalqın gözü tərəzidir. Və Hikmət Hacıyev qısa müddət ərzində bu tərəzinin ali zirvəsində özünə yer edə bildi. Haqqında sevgi dolu statuslar yazıldı. Xalqın qəhrəmanına döndü. Doğmasına, simsarına çevrildi. Demək, bu xalqa çox şey lazım deyilmiş.

İntellekt, gözəl nitq, səmimiyyət - bu qədər sadəymiş millətin qəlbinə gedən yolun açarı.

Bu xalqa gecə-gündüz işləməkdən yorğunluq çökmüş sima da, yuxusuz gözlər də xoş imiş. Təki hər şeyə rəğmən dostcasına gülümsəsin. Təki dediyi sözlər həqiqətə güzgü tutsun.

Dostoyevski deyirdi ki, müharibəni qaralamaq düzgün deyil. Onun müsbət yanları az deyil. Tam razıyam.

Bizə də bu müharibə çox şey öyrətdi. Özümüzü-özümüzə tanıtdı. Gerçək qəhrəmanlarını ələyib minlərin içindən üzə çıxartdı. Məsələn, şəhid olandan sonra bildik ki, Polad Həşimov kimi igidimiz var...

Başa düşdük ki, qəhrəmanlar təkcə ön cəbhədə yaranmır. Və arxa cəbhənin qəhrəmanları ön cəbhədə vuruşanlardan az əziyyət çəkmir.

Müharibə həm səngərlərdə, həm siyasi müstəvidə cərəyan edir.

Bu müharibə Hikmət Hacıyevi də qəhrəmana çevirdi.

Söhbət onun hansı postda oturmağından, mükəmməl bilgilərindən, bir neçə dildəki rəvan və səlis nitqindən də getmir. Bu xalq onun ürəyini oxuyan xoş simalar üçün darıxmışdı.

Və nə yaxşı ki, Qarabağın müqəddəratının həll olunduğu dönüş nöqtəsində Cənab Prezident belə bir dəyərli kadra öz komandasında yer verdi.

Göstərdi ki, qələbəyə addımlamaq üçün Ali Baş Komandanın yanında məhz belə hikmətlərə ehtiyac var.

Bayaq dedim axı, adların mistikası var.

Hər kəs tez, ya da gec öz adının mahiyyətinə qovuşur.

Hikmət - dərin düşüncəli, müdrik deməkdir.

Bu gün - oktyabrın 15-i bu adın sahibinə qovuşduğu gündür.

Əminəm, bu cümlələr indi minlərlə azərbaycanlının qəlbində səslənir:

Ad gününüz mübarək, Azərbaycanın dəyərli oğlu!

Yaxşı ki, varsınız bu məmləkətdə, bu zamanda, bu məqamda!

525-ci Qəzet - Cüt olmaq - Esse

# 2427 dəfə oxunub

Oxşar xəbərlər

Dilsiz Gülməmmədin yurda qayıdışı - "Səssiz haray"

Dilsiz Gülməmmədin yurda qayıdışı - "Səssiz haray"

21:50 1 may 2025
Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

18:51 1 may 2025
Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

18:31 1 may 2025
1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

18:10 1 may 2025
Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

17:15 1 may 2025
"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..."  - Seminar

"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..." - Seminar

16:45 1 may 2025
# # #