28 May qədər önəmli bir gün: 15 sentyabr

28 May qədər önəmli bir gün: 15 sentyabr
15 sentyabr 2020
# 10:00

Kulis.az 15 sentyabr Bakının azad işğaldan azad olunması günü münasibəti ilə jurnalist-tədqiqatçı Abid Tahirlinin yazısını təqdim edir.

Azərbaycanın istiqlalı uğrunda son nəfəsinədək ideoloji mücadilə aparmış istedadlı yazıçı, publisist, naşir, redaktor Mirzə Bala Məhəmmədzadə mühacirlərin İstanbulda nəşr etdikləri "Yeni Qafqasya" jurnalında "Bakının azad olunması uğrunda döyüş - 15 Sentyabr qələbəsi" adlı məqaləsində (№ 24 (93), 1927) yazırdı: "15 Sentyabr 28 May qədər tarixi və müqəddəs bir gündür". Bu cümlə tarixi zəfərin, türk süngüsünün erməni quldur dəstələrinin, eləcə də bolşeviklərin darmadağın edilməsinin xalqın taleyində, istiqlalın qazanılmasında və qorunmasında rolunu layiqincə dəyərləndirir. Məhz bu müqəddəs gün ərəfəsində Qəbələ rayonunun Nohurqışlaq kənd qəbirstanlığında uyuyan xilaskar türk əsgərlərindən birinin məzarını ziyarət edirəm. Ötən əsrin 90-cı illərindən başlayan axtarışlarım zamanı naməlum türk əsgərinin qəbirstanlıqdan kənardakı, orta məktəbin həyətindəki tənha məzarının aşkara çıxarılmasında, onun nəşinin sümüklərinin çıxarılaraq qəbirstanlıqda- Qarabağ uğrundakı döyüşlərdə həlak olan kəndin 6 nəfər şəhidi ilə bir sırada dəfn olunmasında, türk əsgərinin anıt qəbirin inşasında mənə yardımçı olan hər kəsə, xüsusilə Azərbaycan Respublikasındakı Türkiyə səfirliyinin sabiq hərbi atteşesi general Faxrı Kıra, səfirliyin sabiq mədəniyyət müşaviri Fəthi Gədikliyə, kənd mollasına, ziyalılara bir daha minnətdarlıq edirəm. 15 ildən çoxdur ki, iki qardaş dövlətin bayrağı anıt qəbrin üzərində qoşa dalğalanır...

Gallery

Nəzərim polad kimi məğrur, sarsılmaz türk əsgərinin simvoluna çevrilmiş başdaşı üzərində təşəbbüsümlə həkk olunmuş misralara dikilir:

Doğudan Batıya həsrət qoxulu.
Bir yel əsər, sərin-sərin, bizimdir;
Qədər dolu, sevda dolu, eşq dolu,
Şəhid dolu təpələrin bizimdir.

Bu misralar türk ordusu tərkibində 1950-ci ildə Koreyaya göndərilən, əslən Qars azərbaycanlılarından olan topçu zabit Fuat Azgurun 1953-cü ildə Koreyadan Türkiyəyə ünvanlanan və "Azərbaycan" jurnalında ( Ankara, № 1 (10), 1953) dərc olunan şeirindəndir. Həmin şeirin digər iki bəndi də dərin mənalı və təsirlidir, qəlbi sızladır, göz yaşları ilə oxunur:

Bir sonsuz həsrətlə bağrılar yaxan
İrmağın, çayındır damarlarda qan;
Səni hərşeyinlə sevəriz, Vatan,
Yağmurun, fırtınan, qarın bizimdir.

Eşqi və həyatı səndə bulan biz,
Yar diyə sevdiksə, səni sevmişiz;
Hicranına ortaq, dərdinə eşiz.
Həm sevincin, həm kədərin bizimdir.

# 3146 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər