16-18 sentyabrda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəkdir. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
Nazirlikdən Kulisə verilən məlumata görə sərgidə yerli nəşriyyatlar sərgidə öz nəşrlərini nümayiş etdirmək, satmaq, xarici dövlətlərin nəşriyyatları və müəllifləri, eyni zamanda milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında stend sahəsi və avadanlıqları iştirakçılara pulsuz olaraq veriləcək.
- Şuşa teatrında uşaqlar üçün tamaşa göstəriləcək
- 15 il əvvəlin roman məruzəsi - Professor “Maestro”dan yazır
- Əli Kərimin oğlu Şərif Ağayara cavab yazdı
Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri Təşkilat Komitəsindən əldə etmək mümkündür. (nrtis@mct.gov.az)
IV Bakı Beynəlxalq Sərgi-yarmarkasında iştirak haqqında ilkin məlumat 15 avqust 2015-ci il, ərizə-müqavilə isə 1 sentyabr 2015-ci il tarixinə qədər sərginin Təşkilat Komitəsinə təqdim edilməlidir.