"Göyqurşağını ilmə-ilmə toxuyanı tanıyıram..." - Ullie Kayenin şeiri

"Göyqurşağını ilmə-ilmə toxuyanı tanıyıram..." - Ullie Kayenin şeiri
17 noyabr 2026
# 16:39

Kulis.az ingilis yazıçı, şair Ullie Kayenin "Mən və o" şeirini Gülər Natiq İsaqın tərcüməsində təqdim edir.

Mənə ayrı cür baxırlar -
amma fərqi yoxdur,
mən ağaclara naxış vuran
Rəssamı tanıyıram.
Mən səmanı ulduz-ulduz səpələyəni tanıyıram,
Göyqurşağını ilmə-ilmə toxuyanı,
alov içində yanırmışça parıldayan
qürubları boyayanı tanıyıram.

Mən bir nəfəsi ilə dağlar qaldıranı,
quru torpaqları yarıb okeanlar açanı tanıyıram.
Mən zanbaqlara don biçəni,
quşların ruzisini
Öz əli ilə yetirəni tanıyıram.

Və yenə də elə günlər olur ki,
düşüncələrə dalıram:
Zamanın hansı anındasa
O, necə dəqiq düşünüb ki -
Bu dünya bir tək "mən"siz yarımçıq olar...

# 71 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər