Adil Mirseyidin müalicəsini Səhiyyə Nazirliyi öz üzərinə götürüb.
Bu barədə məlumatı Kulis.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza verib. Onun sözlərinə görə şair Bakı Sağlamlıq Mərkəzinə yerləşdiriləcək. Səhiyyə Nazirliyindən Xəyal Rzaya zəng vuran məsul şəxs deyib ki, Bakı Sağlamlıq Mərkəzində hər cür şərait var və müalicə yüksək səviyyədə aparılacaq.
***
- DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) könüllülər axtarır
- "Wonka" filminin yeni treyleri - Video
- İran rejissoru Kulisə yazdı - XARİCİ REJİSSOR QALMAQALI
“Atamın vəziyyəti çox ağırdır. Məhz vəziyyətin ağırlığına görə onu xəstəxanaya götürmək istəmirlər”.
Bu sözləri Kulis.az verdiyi açıqlamada şair Adil Mirseyidin qızı Ayan deyib.
Ayan Mirseyidin sözlərinə görə, şairi xəstəxanaya qeydiyyat problemini bəhanə gətirərək götürmürlər: “Xəstəxanalar deyir ki, bizim rayonda qeydiyyatda deyilsiniz, buna görə də götürə bilmərik”.
Ayan Mirseyid bildirib ki, şairin öz həkimi belə onu müalicə etməkdən imtina edib: “Bizə belə gəlir ki, vəziyyətin ağırlığı onu qorxutdu”.