“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur
6 noyabr 2026
# 15:58

Dünya rok musiqisinin ən mühüm albomlarından biri yarım əsrlik yubileyinə xüsusi nəşrlə hazırlaşır.

Kulis.az xəbər verir ki, “Pink Floyd” 1977-ci ildə işıq üzü görən “Animals” albomunun 50 illiyi münasibətilə genişləndirilmiş yeni versiyasını təqdim edəcək.

Yeni nəşrin 2027-ci il yanvarın 22-də satışa çıxarılması planlaşdırılır. Albom müxtəlif formatlarda, o cümlədən ikili vinil, CD, Blu-ray və xüsusi kolleksiya qutusu şəklində yayımlanacaq.

Layihənin ən maraqlı tərəfi indiyədək yayımlanmamış musiqi materiallarının və nadir arxiv fotolarının təqdim edilməsidir. Həmçinin 1977-ci ildə yazılmış “Sheep” kompozisiyasının əvvəllər ictimaiyyətə təqdim edilməmiş orijinal radio versiyası da dinləyicilərə çatdırılacaq.

“Animals” albomu Corc Oruellin “Heyvanıstan” əsərindən ilhamlanan konseptual quruluşu, hakimiyyət, sosial bərabərsizlik və cəmiyyətin təbəqələşməsi haqqında sərt musiqi mesajları ilə seçilir. Albom “Pink Floyd”un ən mühüm yaradıcılıq mərhələlərindən biri hesab olunur.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər