A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı noyabrın 20-də rusdilli tamaşaçılar üçün "Durna balığı" tamaşasını təqdim edəcək.
Kulis.az xəbər verir ki, sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan tamaşa ilə teatrsevərlərin görüşünə onlayn gələcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
- “Müfəttiş” tamaşası nümayiş ediləcək
- Gənc Tamaşaçılar Teatrının yanvar repertuarı
- Mart gəlsin, dərdini basım bağrıma
Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın “YouTube” kanalı vasitəsilə göstəriləcək.