Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi
31 avqust 2026
# 17:30

Finlandiyalı performans sənətçisi Aapo Rautio Hava Gitarası (xəyalən gitara ifa etmək) üzrə Dünya Çempionatının qalibi olub.

Kulis.az xəbər verir ki, öz tamaşaçıları önündə çıxış edən 34,8 xallıq performans sahibi Rautio üst-üstə ikinci dəfə dünya çempionu titulunu qoruyub saxlayıb.





Yarışmada ikinci yeri yaponiyalı Nanami Naqura, üçüncü yeri isə amerikalı Saladin Tomas tutub.

İlki 1996-cı ildə təşkil edilən və bu il 30-cu ilini qeyd edən çempionatda 13 ölkədən 50-dən çox iştirakçı mübarizə aparıb.



Şou xarakterli yarışmanın əsas məqsədinin səhnədə xəyali gitara ifaları vasitəsilə dünya sülhünə töhfə vermək və insanları əyləndirmək olduğu bildirilir.



Qaydalara əsasən, iştirakçılar 60 saniyə ərzində əllərində həqiqi gitara varmış kimi səhnə şousu göstərirlər.




# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər