Bu kitablar Beynəlxalq müsabiqədə mükafat qazanıb - Siyahı

Bu kitablar Beynəlxalq müsabiqədə mükafat qazanıb - Siyahı
11 iyun 2019
# 13:40

XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin Bakıda keçirilən iclasında bir neçə nominasiya üzrə mükafat “Hədəf” nəşrlərinə verilib.

Kulis.az xəbər verir ki, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan və s. ölkələrin qatıldığı beynəlxalq müsabiqədə “Hədəf” Nəşrlərinə məxsus 3 kitab mükafat qazanıb. Belə ki, Müşfiq Xanın 6-11-ci siniflər üçün “Biologiya” nəşri “Məktəbli ədəbiyyatı və təhsil” nominasiyasında birinci yerə, “Dədə Qorqud kitabı” (Vatikan nüsxəsi) kitabı “Mədəni dialoq” nominasiyası üzrə ikinci yerə, Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabı isə xüsusi diploma layiq görülüb.

Ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 9 nominasiya üzrə 14 adda kitab təqdim olunub. Qeyd edək ki, müsabiqəyə müxtəlif janr və tərtibatlarda kitablar təqdim olunur, eyni zamanda kitabların dizaynı, mövzusu da nəzərə alınır.

# 1885 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #