Tabutdan dərilən meyvələr

Tabutdan dərilən meyvələr
19 oktyabr 2015
# 10:33

Məscidin həyətində üst-üstə qalaqlanmış tabutlar.

İkisi hələ böyüməyə macal tapmayanlar üçündü.

O kəslər üçün ki, hələ nə həyatın, nə də ölümün nə demək olduğunu anlayırlar.

Çünki çox balacadırlar. Atalı-analı, hətta nənəli-babalı günlərini yaşayırlar və ölüm onların qapısını ilk dəfə elə onların özünü aparmaq üçün döyəcək.

Bundan onların yenə xəbəri olmayacaq.

Başları oyuna qarışmış olacaq bəlkə də…

Tabut hər kəsdən gizləndikləri sonuncu evcik…

Hələ ki, bu yazdıqlarımdan da, yaşlı tabutçunun armud ağacından kəmali-ədəblə düzəltdiyi balaca tabutlardan da xəbərsizdilər.

Və həyətdəki meyvə bağında, armud ağacının altında gizlənqaç oynayan, əlinə keçəni ayağının altına qoyub armud dərməyə can atan nə qədər uşaq var…

# 898 dəfə oxunub

Müəllifin son yazıları

# # #