Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat
30 sentyabr 2026
# 13:30

Amerikalı məşhur repçi P. Didi (P. Diddy – əsl adı Şon Kombs) cəza çəkdiyi həbsxanada xüsusi və imtiyazlı şəraitdə yaşayır.

Kulis.az xəbər verir ki, bu barədə "NBC News" nəşri həbsxanadakı məhkumlardan birinə istinadən məlumat yayıb.

Məlumata görə, Nyu-Cersi ştatındakı Fort-Diks (Fort Dix) federal həbsxanasında saxlanılan Kombsa digər məhkumlar qulluq edirlər. Onlar repçinin otağını təmizləyir, onun üçün xüsusi yeməklər hazırlayır və hətta masaj edirlər. Bundan əlavə, sənətçi cəzaçəkmə müəssisəsinə qeyri-qanuni yollarla (qaçaqmalçılıqla) keçirilmiş əşyalardan da sərbəst şəkildə istifadə edir. Onun sərəncamında mobil telefon, planşet və elit spirtli içkilər var. Mənbələrin bildirdiyinə görə, P. Didi azadlıqda öyrəşdiyi lüks həyat tərzini dəmir barmaqlıqlar arxasında da qoruyub saxlamaq üçün hər ay minlərlə dollar pul xərcləyir.

Xatırladaq ki, ötən ilin oktyabr ayının əvvəlində Nyu-York məhkəməsi repçini 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Andlılar heyəti onu insanları fahişəliyə cəlb etmək məqsədilə daşımaq (seks-trafikinq) üzrə iki epizodda təqsirli bilib. Eyni zamanda, ifaçı reketlik və cinsi istismar məqsədilə zorakı yerdəyişməyə dair iki epizod üzrə bəraət alıb. Bu ilin aprel ayında isə P. Didinin vəkilləri ABŞ-ın İkinci Apellyasiya Dairəsi Məhkəməsində hökmdən şikayət verəcəklərini planlaşdırırdılar.

# 46 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər