“Oskar” mükafatlı meksikalı rejissor Alexandro Qonsales İnyarritunun ərsəyə gətirdiyi "Digger" qara komediyası premyerasından sonra kinoteatrlarda nümayiş olunmağa başlayıb.
Kulis.az xəbər verir ki, 130 milyon dollar büdcəsi olan filmdə 64 yaşlı aktyor Tom Kruz vərdiş olunmuş ekşn obrazlarından uzaqlaşaraq, ekoloji krizis və korporativ hərisliyi hədəf alan zəngin neft və mədən maqnatı Diqqer Rokvell rolunu canlandırır.
Kruzun "GQ" jurnalına verdiyi müsahibədə karyerasının "ən mürəkkəb xarakteri" adlandırdığı bu rolda aktyor iqlim dəyişikliyi, sürdürülməz istehlak vərdişləri və siyasətdəki iküzlülük mövzularının mərkəzində yer alır.
Kinotənqidçilər filmin komediya və dram balansı barədə fərqli rəylər bildirsələr də, Tom Kruzun "Magnolia" və "Eyes Wide Shut" filmlərindən sonra nümayiş etdirdiyi bu dramatik aktyorluq performansının onu qarşıdan gələn "Oskar" mükafatı yarışında "Ən yaxşı aktyor" namizədləri sırasına daxil edəcəyini ehtimal edirlər.
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər
Oxşar xəbərlər
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı
10:25
30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi
10:11
30 sentyabr 2026
Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır
18:30
29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı
18:00
29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto
17:54
29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq
17:30
29 sentyabr 2026