Nobelli yazıçı ilə bağlı qeyri-adi qərar

Nobelli yazıçı ilə bağlı qeyri-adi qərar
14 oktyabr 2019
# 11:45

Polşanın Vrotslav şəhərində şənbə və bazar günləri Nobel mükafatı laureatı Olqa Tokarçuku oxuyanları ictimai nəqliyyata ödənişsiz buraxırlar.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şəhər icra hakimiyyətindən qərar verilib.

“Biz Olqa Tokarçukun Nobel laureatı olması xəbərini aldıqdan sonra bu sevinci onun yenicə fəxri vətəndaşı olduğu şəhərimizin sakinləri ilə bölüşmək qərarına gəldik” deyə İcra hakimiyyətinin nümayəndəsi Prjemislav Qaletski söyləyib.

Onun sözlərinə görə şənbə və bazar günləri istənilən şəxs Tokarçukun elektron və ya kağız kitabıyla Vrotslav daxilində ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər.

Yazıçı xanım vaxtının bir hissəsini bu şəhərdə, qalan hissəsini isə polyak-çex sərhədi yaxınlığındakı Krayanuv kəndində keçirir.

Xatırladaq ki, polyak yazıçısı Olqa Tokarçuk ötən cümə axşamı “sərhədləri həyat forması kimi aşmağı Ensiklopedik ehtirasla təsvir edən təhkiyə və təxəyyülünə görə” 2018-ci il üçün Nobel mükafatına layiq görülüb.

# 2000 dəfə oxunub

Müəllifin son yazıları

# # #