Ukraynalı artistin BƏƏ-yə girişi qadağan edildi

Ukraynalı artistin BƏƏ-yə girişi qadağan edildi
3 fevral 2024
# 13:00

Dünya şöhrətli ukraynalı artist və Ukraynanın “Avroviziya” iştirakçısı “Andrey Danilko” ləqəbli Verka Serdyuçkanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi ömürlük qadağan edilib.

Kulis.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" nəşri məlumat yayıb.

"Andrey Danilkonun BƏƏ-yə girişi ömürlü qadağan edilib. İddialara görə, BƏƏ rəsmiləri bu qərarı sənətçinin 2022-ci ildə Dubayda korporativ tədbirdə çıxışından sonra verib", - məlumatda bildirilib.

Agentliyin məlumatına görə, qadağaya səbəb etnik ədavətin qızışdırılmasıdır.

Qeyd edək ki, Danilko Dubayda çıxışı zamanı Ukraynanı dəstəkləyib.

# 403 dəfə oxunub

Müəllifin son yazıları

# # #