Ukraynadakı müharibəni tənqid edən musiqi qrupu həbs edilib

Ukraynadakı müharibəni tənqid edən musiqi qrupu həbs edilib
17 sentyabr 2025
# 09:24

Rusiyada feminist pank qrupu "Pussy Riot"un beş üzvü qiyabi olaraq 8-13 il arasında həbs cəzasına məhkum edilib.

Kulis.az xəbər verir ki, cəzaya səbəb onların Ukraynadakı müharibəni tənqid etmələri və 2022-ci ildə yayımlanan “Mama, don’t watch tv” klipi olub.

Diana Burkot çıxışında Ukraynaya dəstək verib, Putinin isə Haaqa məhkəməsində mühakimə edilməli olduğunu bildirib.

O, Rusiya hökumətini “tirana çevrilmiş kişimərkəzli rejim” adlandırıb.

Qeyd edək ki, "Pussy Riot" 2012-ci ildə “Pank duası” performansı ilə tanınır və o vaxtdan bəri Kremlə qarşı sərt mövqe göstərir.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər