Ufuk Özkana donor tapıldı

Ufuk Özkana donor tapıldı
4 fevral 2026
# 13:00

Uzun müddətdir qaraciyər çatışmazlığı ilə mübarizə aparan Ufuk Özkana qaraciyər köçürülüb.

Kulis.az xəbər verir ki, məşhur aktyora keçmiş iş yoldaşı Salih Kıvırcık donor olub.

11 saat davam edən əməliyyatdan sonra aktyorun qardaşı Umut Özkan sosial media hesabında məlumat paylaşıb:

“Şükürlər olsun, əməliyyatımız uğurla reallaşdı. Çox qiymətli və öz sahəsində mütəxəssis olan həkimlərimizin rəhbərliyi ilə bu yola çıxdıq və əməliyyatımız müvəffəqiyyətlə tamamlandı. Qardaşım Ufuk Özkan və Salih Kıvırcık əməliyyata pozitiv, güclü və yüksək əhval-ruhiyyə ilə girdilər. Göstərdiyiniz maraq və mənəvi dəstək bu prosesdə bizim üçün son dərəcə qiymətli idi”.

# 163 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər