Türkiyədə qədim tapıntılar aşkarlandı

Türkiyədə qədim tapıntılar aşkarlandı
1 sentyabr 2026
# 12:30

İzmirin tarixi mərkəzində yerləşən Smirna antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid üç yeni məkan və indiyədək rast gəlinməyən divar rəsmləri aşkar edilib.

Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə İzmir Katib Çələbi Universiteti tərəfindən Smirna Aqorası və Teatrı ərazisində həyata keçirilən işlər zamanı tapılan məkanların b.ə. V–VI əsrlərə aid olduğu bildirilir.

İki məkanın döşəməsi mozaika, digərininki isə mərmər örtükdən ibarətdir.

Qazıntı heyətinin rəhbəri professor Akın Ersoy bildirib ki, bu məkanlar Efes antik şəhərindəki evlərə bənzər xüsusiyyətlər daşıyır və ehtimal ki, ictimai funksiya daşıyıb.

Yeni tapıntılar Roma İmperiyasının bölünməsi və xristianlığın yayılması dövründə şəhərin keçirdiyi transformasiyanı öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

Bundan əlavə, arxeoloqlar Roma dövründən qalan və təxminən 2 min ildir ki, suyu kəsilmədən axan antik su kanalının 150 metrlik hissəsini izləyərək onun mənbəyini müəyyənləşdirmək istiqamətində tədqiqatları sürətləndiriblər.






# 92 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər