Azərbaycanlı rejissorun filmi Daşkənddə qalib oldu

Azərbaycanlı rejissorun filmi Daşkənddə qalib oldu
3 oktyabr 2023
# 10:42

Əlişir Nəvai adına Kino Evində keçirilən “İpək yolunun mirvarisi” XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində “Kino 5 gündə” müsabiqəsinin nəticələri elan edilib.

Kulis.az xəbər verir ki, müsabiqəyə 10-a yaxın film qəbul olunub.

“Ən yaxşı milli qısametrajlı film” nominasiyasında Dilşod Usmonovun “Uzum” filmi mükafata layiq görülüb. Bu nominasiyada iştiraka görə “Mənim Özbəkistanım” filmi ilə Xilola Abdurəsulova və “Omonat” filminə görə Nuriyyə Səfərova da mükafatlandırılıblar. Xarici iştirakçılar üçün “Kino 5 gün” müsabiqəsinin xüsusi nominasiyasında 3-cü yer – Yakov Podkustov “Rişta” (Rusiya), 2-ci yer – “Arzular şəhəri” filminə görə Edisa Toktorova (Qırğızıstan), 1-ci yer – “Yüz addım” filminə görə Şirin Əhmədov (Azərbaycan). Qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.

Qaliblərin mükafatlandırılması mərasimində Kinematoqrafiya Agentliyinin direktoru Firdavs Abduxalikov çıxış edib:

“Müsabiqə müxtəlif ölkələrdən gənc rejissorları bir araya gətirdi. Bu təkcə kino müsabiqəsi deyil, həm də xalqlar arasında dostluq anlayışını təcəssüm etdirən festivaldır. Kinofestivalın əsas məqsədi yeni nəsilə öz potensialını göstərmək və özünü ifadə etmək imkanı verməkdir!”.

# 701 dəfə oxunub

Müəllifin son yazıları

# # #