Tarantino son filminin ssenarisini tamamladı

Tarantino son filminin ssenarisini tamamladı
30 mart 2023
# 10:40

Rejissor Quentin Tarantino son filminin ssenarisini yazmağı başa çatdırdığını təsdiqləyib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Tarantino bunu Kann Film Festivalının direktoru Tyerri Fremonun kitabının təqdimat mərasimində bildirib.

“Son filmim olacaq filmin ssenarisini tamamladım. Biz onu yəqin ki, payızda çəkəcəyik”, - deyə rejissor qeyd edib.

O, kino tənqidçisi Pauline Cale-in baş qəhrəman olacağı ilə bağlı şayiələri də təkzib edib. Tarantinonun sözlərinə görə, filmdə konkret bir şəxs haqqında danışılmayacaq. 1970-ci illərin sonlarında Los Ancelesdə baş verən hadisələr göstəriləcək.

Qeyd edək ki, yaradıcılığı boyunca cəmi 9 film çəkən Tarantino 1994-cü ildə "Pulp Fiction" filminin nümayişindən sonra geniş populyarlıq qazanıb.

# 813 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #