Kitab sərgisi

Vaqif Mustafayevin filmi gələn il təhvil veriləcək

Vaqif Mustafayevin filmi gələn il təhvil veriləcək
29 sentyabr 2025
# 16:56

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin Azərbaycanda və Qırğızıstanda çəkilişləri artıq yekunlaşıb.

Kulis.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kino Agentliyindən məlumat verilib.

Hazırda layihənin post - produksiya mərhələsində ilkin montaj işləri aparılır. Türkiyə və Qazaxıstan kimi ölkələrdə çəkilişlərin təşkili ilə bağlı danışıqlar davam edir. Yaxın aylarda həmin ölkələrdə çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Kino Agentliyindən məlumat verilib ki, filmin gələn ilin əvvəlində təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin rejissoru və ssenari müəllifi Vaqif Mustafayev, baş prodüseri Zaur Darabzadə, prodüseri Azər Quliyev, icraçı prodüseri isə Tofiq Musayevdir.

# 61 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər