Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi
6 noyabr 2026
# 11:43

Libraff mağazalar şəbəkəsinin Park Akademiya filialında şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, ədəbiyyat və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə şair-dramaturq İlqar Fəhmi görüşü açıq elan edib, kitabın ön sözünün müəllifi, ədəbiyyatşünas-şair Dalğa Xatınoğlu, kitabın redaktoru şairə Mənsurə Qaçayqızı çıxışlarla davam edib.

Görüşdə fəlsəfə doktoru Müşviq Ötgün, Əməkdar artist Nicat Kazımov, folklorçu alim İşıqlı Atalı və Real TV-nin aparıcısı, tanınmış jurnalist İlham Şaban çıxış edərək müəllifin yaradıcılığından, “Qapı” kitabının zəngin mahiyyətindən bəhs ediblər.

Daha sonra müəllifə söz verilib, imza saatı keçirilmiş və xatirə fotoları çəkilib.

Qeyd edək ki, müəllifin “Elm və təhsil” nəşriyyatında nəşr olunan “Qapı” axtarışların və sualların kitabıdır.

Kitabda fəlsəfə, hikmət, varlıq, əxlaq və insanilik kimi vacib anlayışlara toxunulub, həmçinin, Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətlərinə baxışlar yer alıb.

Kitabda müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır.

“Qapı” kitabının ön sözünün müəllifi Dalğa Xatınoğlu, redaktoru Mənsurə Qaçayqızıdır.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər